• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ləzzətisən xörəyin, ətirisən çörəyin...

    Ləzzətisən xörəyin, ətirisən çörəyin...

    • 29-06-2018, 20:50
    • Aqrar
    • 0
    • 27
       
    Ləzzətisən xörəyin, ətirisən çörəyin...

    Hər dəfə bu könüloxşayan mahnını eşidəndə, bu gözəl melodiya məni uşaqlığıma aparardı. Anam səhər görəcəyimiz işləri axşam bizə xatırladardı:
    -Sübh tezdən durub zəfəranı yığırsınız, sonra başqa ev işlərini görəcəksiniz. Mən bicardan qayıdanda hər işi qaydasında görüm.
    Anam deyərdi ki, zəfəranı şehli-şehli yığıb kölgədə, sərin yerdə 1-2 gün sərmək lazımdır. Sonra bir o qədər də gün altında qoyub qurutmaq və əllə ovuşdurub kiçik şüşə qablarda saxlanmalıdır.
    Hər il təxminən 20-25 kvadratmetr sahədə anam zəfəran əkərdi. Bitkinin gövdəsi möhkəm, yumruları çox olmalıdır ki, məhsul versin. Bunun üçün də hər 3-4 gündənbir suvarılmalıdır. Biz də deyilənlərə əməl edərdik. Bayramlarda quru zəfəran üçün anamın yanına gələrdilər. Plova, müxtəlif şirniyyatlara, qovurmaya töküb onu dada-ləzzətə gətirmək üçün.
    Həmin vaxtdan indiyədək həyətimdə zəfəran əkmədiyim yadıma düşmür. Bu gün də zəfəran əkib-becərmək, sübh tezdən durub onu şehli-şehli yığmaq hobbimə dönüb.
    Bilgəhdə yaşayan yaxın bir qohumum “Zəfərançılıq” sovxozunda çalışırdı. O deyərdi ki, əsl zəfəran Bakının kəndlərində yetişdirilir. Bu, çox maraqlı bitkidir. Gövdəsi inkişaf etmir.Yarpaqlar kökətrafında yerləşir. Yazın əvvəlində çiçək açır. Axşamlar və yağmurlu havalarda çiçəklər qapanır. Bu çiçəklər qurudulub ədviyyat kimi istifadə edilir.
    Sonralar bu qeyri-adi bitkinin tarixi ilə maraqlandım. Yetişdirilməsi 3 min il əvvələ gedib çıxdı. Qədimdə bu bitkidən boyaların hazırlanmasında istifadə olunub. Onun bir qramı 100 litr suyu sarı rəngdə boyaya bilir. Amma bu xoş ətirli bitkidən çox keçmir ki, ədviyyat kimi istifadə edilir. Xüsusilə əczaçılıq və yeyinti sənayesində. Ən çox istehsalçısı İrandır. Məlumat alanda ki, onun 70 cinsinə aid 1800 növü var, onda bölgəmizdə yetişdirilən zəfərana da inamım artdı.
    Bölgəmizdə yetişdirilən zəfəran bitkisi Bilgəhdəkindən fərqli olaraq boyu 1-2 metrə kimi uzanır. Hər bitkinin başında 3-5 yumrucuğu olur ki, bunlar axşamlar qırmızı, sarı çiçəklər açır. Bu çiçəklər tük kimi nazik olur. Yuxarıda dediyim kimi cənub zəfəranının çiçəkləri də səhər şehli-şehli yığılıb kölgədə sərilməli və sonra gündə qurudulmalı, üyüdülüb şüşə qablarda saxlanmalıdır.
    Zəfəranın bu növü də ətirli, təravətlidir. Plova və başqa yeməklərə möhtəşəm bir dad verir. Bir sıra xəstəliklərə də dərmandır. Bu bitkinin əkilib-becərilməsi asan olsa da məhsulun yığılması səbr, vaxt tələb edir. Şair Nüsrət Kəsəmənlinin təbirincə desək:

    Günəşin günə dönmüş atəşisən, odusan,
    Paxlavanın, halvanın naxışısan, dadısan.
    Ləzzətisən xörəyin, ətirisən çörəyin,
    Zəfəran, ay zəfəran.

    Təəssüf ki, bu ləzzətli ədviyyatın yetişdirilməsinə də laqeydlik var. Bunu 50-yə yaxın evi olan məhəlləmizdən görürəm. Yenə hamı bu ədviyyatı bazarda axtarır. Ancaq günəbaxanın sarı çiçəklərini qurudub zəfərana qatan imansız ədvaçılar onları aldadırlar.
    Dədə-baba bitkisi olan zəfəranın yenidən təsərrüfata qaytarmaq, heç olmasa həyətyanı sahələrdə yetişdirmək çox vacibdir. Vəzndən yüngül, qiymətdən ağır olan bu bitki həm də sağlamlığımızdır. Gəlin bu gözəl bitkinin yetişdirilməsinə diqqət və qayğını artıraq.

    Həsənağa Əliyev.
    “Yeni həyat”,
    www.yeniheyet.az 
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:26 Masallı Dövlət Regional Kollecinin məzun gecəsi
    2. 16:17 Masallıda “Kitab günü” və “Asudə vaxtı necə səmərəli keçirməli” mövzusunda tədbir keçirilib
    3. 15:57 “Regional Hüquqi və İqtisadi Maarifləndirmə ” İctimai Birliyi Masallıda “Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda tədbir keçirib
    4. 21:20 Tarixdə iz qoymuş böyük şəxsiyyət
    5. 19:45 “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi növbəti tədbirini Masallıda keçirib
    6. 15:23 Prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib
    7. 15:20 Prezident İlham Əliyev İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    8. 15:12 Şanlı tariximiz
    9. 22:05 NATO-nun Zirvə toplantısının yekun kommunikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək ifadə olunub
    10. 21:51 Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti ilə görüşüb
    11. 21:46 Prezident İlham Əliyevin və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub
    12. 21:40 Prezident İlham Əliyev Brüsseldə BMT baş katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb
    13. 21:34 Prezident İlham Əliyev Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib
    14. 21:26 Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün qəbul təşkil olunub
    15. 21:47 “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində növbəti yay məktəbi təşkil olunacaq
    16. 16:43 Azərbaycan və Türkiyə prezidentləri görüşüb
    17. 15:23 Prezident İlham Əliyev İsveçrənin federal müşavirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    18. 15:15 Masallıda “100 illik şanlı tarix” mövzusunda konfrans keçirilib
    19. 15:03 Masallı gənclərinin orduya yola salınma mərasimi
    20. 19:41 XİN-nin əməkdaşları peşə bayramları münasibətilə cəbhə bölgəsinə səfər ediblər
    21. 14:05 Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
    22. 22:09 Masallı karateçiləri beynəlxalq turnirin kubokuna sahibləniblər
    23. 23:14 Masallı taekvondoçularının növbəti uğuru
    24. 22:15 2 iyul - İdman Jurnalistikası Günüdür
    25. 20:17 Elektron media və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsilə bağlı ictimai fəallığın artırılması
    26. 20:02 Masallıda 2 iyul – Polis gününün 100 illiyi qeyd edilib
    27. 15:45 Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür
    28. 15:09 Bu gün akademik Cəlal Əliyevin doğum günüdür
    29. 14:51 İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    30. 14:44 Masallı RPŞ-nin rəisi, polis polkovniki Habil Əmiraslanov “Vətən uğrunda” medalı ilə təltif olunub
    31. 21:03 Prezident İlham Əliyev ABŞ dövlət katibi köməkçisinin birinci müavinini qəbul edib
    32. 18:22 Masallı RİH başçısının Tüklə ərazisində səyyar görüş-qəbulu
    33. 18:16 Masallıda “Narkomaniya: çətin və erkən ölüm” layihəsi çərçivəsində tədbir keçirilib
    34. 15:34 Prezident İlham Əliyev İranın mədəniyyət və islami irşad nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    35. 15:13 Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    36. 15:09 Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda olub
    37. 14:58 “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına start Masallıdan verilib
    38. 23:14 Masallı “ASAN xidmət” könüllüləri Silahlı Qüvvələr Gününə həsr olunmuş dəyirmi masada
    39. 20:55 Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib
    40. 20:50 Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
      Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıbBir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Bütün xəbərlər
    «    İyul 2018    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ