Главная > Aqrar > Bədəlanda torpağa, əkin-biçinə maraq var
Bədəlanda torpağa, əkin-biçinə maraq var24-11-2017, 19:43. Разместил: yeni321 |
Bədəlanda torpağa, əkin-biçinə maraq var Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Loğman Şahbazovdan aldığımız məlumata görə kənddə torpağa, əkin-biçinə maraq var. Ərazidə ötən il cəmi 5 hektar sahə şumlanıb əkilmişdir. Rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun sakinlərlə görüşündən sonra bu sahədə irəliləyiş yaranıb. Belə ki, 150 hektar sahə şumlanmış, 14 hektar buğda, 11 hektar arpa, 5,5 hektar payızlıq kələmi, 1 hektarda sarımsaq əkilmişdir. Beş hektar sahədə tütün, 40 hektarda noxud, 50 hektarda çəltik əkilməsi nəzərdə tutulmuşdur. Əkin sahələrinin genişləndirmək məqsədi ilə kənddən Xanaliona qədər olan 60 hektar sahə kol-kosdan təmizlənmişdir. www.yeniheyet.az Вернуться назад |