Главная > Aqrar > Masallı: Qodmanın təsərrüfat xəbərləri

Masallı: Qodmanın təsərrüfat xəbərləri


24-12-2018, 15:59. Разместил: yeni321
Masallı: Qodmanın təsərrüfat xəbərləri

Masallı rayonunun Qodman ərazisində baramaçılığa maraq artıb. Bu il qəbul məntəqəsinə 96 kiloqram barama təhvil verən kümçülər növbəti ildə istehsalı 200 kiloqrama çatdırmaq niyyətindədirlər. Ərazi nümayəndəsi Əziz Cankişizadənin verdiyi məlumata görə baramaçılığın inkişafı üçün bünövrə yaradılır. Şəxsi təsərrüfatlardakı tut ağacları qorunur, yeni tut bağları yaradılır. Bu günlərdə kənd məktəbinin həyətində Çin Xalq Respublikasından gətirilmiş 1000 ədəd tut tingi əkilmişdir.
***
Qodmandan aldığımız başqa xəbərdə bildirilir ki, ərazidə kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə dövlət vəsaiti hesabına 150 metr dərinlikdə artezian quyusu qazılmışdır. Bu ərazidə həmin məqsədlə qazılmış üçüncü quyudur. İlk quyu 2017-ci ildə Əzizabad kəndində istifadəyə verilmişdir.
***
Ərazidə mövcud olan 2 hektar dəfnə bağlarının mühafizəsi bu sahənin inkişafına qayğıdır. Əvvəllər dəfnə bağları mal-qaranın örüş yerinə çevrilmişdi. İndi ərazi sakinlərindən Əlisəfa Əliyev, Rövşən Fərzullayev, Məlahət Əzimova və başqaları dəfnə sahələrinin mühafizəsini diqqətdə saxlayırlar. Neçə illər əvvəl əkilmiş dəfnə ağaclarının yarpaqlarını satış məqsədilə tədarük etmək mümkündür.
 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад