Главная > Aqrar > Sitrus meyvə bitkilərinin becərilmə texnologiyası
Sitrus meyvə bitkilərinin becərilmə texnologiyası25-11-2017, 13:34. Разместил: yeni321 |
Məsləhət Sitrus meyvə bitkilərinin becərilmə texnologiyası Sitruslar, Sədovkimilər fəsiləsinə, Narınc və ya qızıhmeyvəlilər yarımfəsiləsinə aiddir. Narınc yarımfəsiləsi 3 cinsi və 177 növü birləşdirir. Buraya Sitrus, Ponsirus və Fortunella cinsləri daxildir. Sitrus meyvə bitkilərinə limon, naringi, portağal, qreyfurt və s.aiddir. Limon : Limonun 200-ə yaxın sortu vardır ki, bunlardan ölkəmizdə daha geniş yayılanları Meyer, Yeni Gürcüstan, Lisbon, Villa-Franka, Udarnik, yerli Gəncə sortlarıdır. Bağın salınması. Limon bağı üçün seçilmiş sahə sərnələrə bölünür və sortlardan, calaqaltının tinindən, becərilmə texnoligiyasından asılı olaraq bitkilər müxtəlif qida sahələri ilə əkilir. Sərbəst çətir forması verilmiş, nisbətən güclü boya malik olan sortlar üçün 4x3 m, orta boylu sortlar üçün 2x1,5 m qida sahələri verilir. Dağ yamaclarında sərilən formalar üçün 3x3 m qida sahəsi məsləhət görülür. Naringi bağı da limon bağı kimi təşkil edilir. Qida sahəsi 4x3 m, 4x2,5 m, yamaclarda isə 3x3 m verilir. Gübrələmə. Aparılmış tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, üzvi və mineral gübrələrin birgə verilməsi ağacların soyuğa davamlılığını artırır, məhsuldarlığı yüksəldir. Hər hektara iki-üç ildən bir 30-40 t peyin, 180-200 kq təsiredici maddə hesabı ilə azot və fosfor, 120-150 kq kalium verildikdə bitkilərin ümumi inkişafı təmin edilir. Otaq şəraitində və örtülü sahələrdə hər bitkinin gövdə ətrafında, hər elementdən 60- 100 q və 12-20 kq peyin verilməsi məsləhət görülür. Naringi : Sortları. Naringi sortları əmələgəlmə və yayılmasına görə müxtəlif olduqlarından onlar torlu naringi növü daxilində 7 pomoloji qrupa ayırılır. Unşiu qrupu. Bu qrupa keçmiş SSRİ ərazisində becərilən əksər sortlar (Kovano - Vase, Ovari, Silverxil, Kartuli saadres və s.) aiddir. Tanjerin qrupu. Suxoykan qrupu,Suntara-ponkan və ya Çin hindistan qrupu,Mədəni naringı və ya Hindi-Çin-Malayziya qrupu, Xırda meyvəli və ya Çin-Yapon qrupu, Hibrid formalar qrupu, Kovano-vase, Ovar. Silverxil, Klementin, Pioner 80, Soçinskiy 23. Portağal Dünyada sitruslar içərisində ən geniş yayılmış növdür. Zəngin kimyəvi tərkibə, ətirli-şirəli meyvələrə malik portağal Yer kürəsinin 90-dan çox ölkəsində becərilir. Portağalın on minə qədər sortu məlumdur. Yalnız Qafqazın Qara dəniz sahili rayonlarında 200-dən artıq sortu cəmlənmişdir.Geniş yayılmış sortları Pervenets, Vaşinqton Navel, Luçşiy suxumskiy, Hamlin sortlarıdır. Bağın salınması. Portağal bağı da limon bağı kimi təşkil edilir. Qida sahəsi 4x3 m, 4x2,5 m, yamaclarda isə 3x3 m verilir. Sitrus meyvə bitkilərinin əsas zərərvericiləri və xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri: Sitrus meyvə bitkilərinin əsas zərərvericiləri- Yastıcalar, minalayıcı sitrus güvəsi, tor gənəciyi, istixana tripsi, mənənə və sairələrdir. Bunlara qarşı mübarizədə bazinon 1,0-1,2l/ha, korban 2,0 l/ha, kunq-fu -0,4 l/ha, Dnok 0,4 l/ha, 0,1%-li topsin M, 0,2%-li akreks, 0,2%-li karbofos, poliqor və yaxud onları əvəz edən yeni preparatlardan istifadə etmək olar. Sitrus meyvə bitkilərinin əsas xəstəlikləri- Hommoz, kif, antraknoz, fitoftoroz, bakterioz, nekroz, dəmgil və s. qarşı mübarizədə - 0,4% sineb, 1% bordo məhlulu, 1%-li mis kuporosu və ya 3 %-li dəmir kuporosu və yaxud onları əvəz edən yeni preparatlardan istifadə etmək olar. Вернуться назад |