Главная > Aqrar > Masallıda yazlıq bitkilərin əkini davam etdirilir

Masallıda yazlıq bitkilərin əkini davam etdirilir


23-04-2020, 11:31. Разместил: yeni321
Masallıda 2020-ci ildə bitkiçilik sahəsində əsas göstəricilər 

2019-cu ilin payızında 2020-ci ilin məhsulu üçün əkinə hazırlıq məqsədilə 17860,0 ha sahədə şum vurulmuş, 12328,0 ha sahədə payızlıq əkinlər aparılmışdır.
Pazyızlıq əkinlərdən 6878,0 ha buğda, 2770,0 ha arpa və 2680,0 ha vələmir bitkisi əkilmişdir.
Artıq rayon ərazisində yazlıq əkinlərə start verilmişdir. Belə ki, 828,0 ha sahədə kartof, 15,5 ha kələm, 15,0 ha pomidor, 64,5 ha xiyar, 173,20 ha badımcan, 8,1 ha bibər, 79,2 ha soğan, 92,0 ha sarımsaq, 172,8 ha göyərti, bostan bitkilərindən 125,0 ha yemiş, 5,0 ha qarpız, paxlalı bitkilərdən 107,0 ha noxud, 33,6 ha mərci, 43,1 ha lobya, 131,5 ha paxla, 11,1 ha zəfəran bitkisi olmaqla hazırki vaxtadək 1904,6 ha sahədə yazlıq əkinlər aparılmışdır. Yazlıq bitkilərin əkini hal-hazırda da davam etdirilir.
Cari ildə rayon üzrə 50,0 ha sahədə tütün əkinləri planlaşdırılır. Artıq tütün əkini üçün şitilliklər salınmışdır. Şitillərə aqrotexniki qaydalara uyğun olaraq qulluq göstərilir. Hazırda tütün əkini üçün 23,0 ha-da şum vurulmuş və hazırlıq işləri davam edir.
Rayonda 2020-ci ildə 223,0 ha sahədə çəltik əkini proqnozlaşdırılır. Çəltik əkinləri üçün Viləşçay SAİİ ilə razılaşdırılmaqla su mənbələrinə yaxın kompakt ərazilər müəyyən edilmişdir. Artıq çəltik əkiləcək sahələrdən 95,0 ha əkinə hazırlanmışdır. Digər sahələrdə də əkinə hazırlıq işləri davam etdirilir.
Masallı rayonunda 214,15 ha çiyələk sahələri mövcuddur. Artıq bu sahələrdən çiyələk yığımına başlanılmışdır.
Çayçılığın inkişafı ilə əlaqədar Dövlət Proqramının icrası məqsədilə 2019-cu ildə rayon ərazisində “AMAL” (Aqrar Məşğulluğun Artırılması Layihəsi) çərçivəsində 15,0 ha sahədə yeni çay plantasiyaları salınmışdır. Hazırda Masallı rayonunda ümumilikdə 120,0 ha çay plantasiyaları mövcuddur ki, bundan 100,0 hektarı “Azərsun” holdinq tərəfindən salınmışdır. Cari ildə də rayonun Tüklə kəndində 20 ha yeni çay plantasiyalarının salınması nəzərdə tutulmuşdur.

“Yeni həyat”,
www.yeniheyet.az
 
 
 шаблоны для dle 11.2
Вернуться назад