Главная > Aqrar > MASALLIDA SÜPÜRGƏ BECƏRİLİR
MASALLIDA SÜPÜRGƏ BECƏRİLİR30-04-2020, 11:26. Разместил: yeni321 |
MASALLIDA SÜPÜRGƏ BECƏRİLİR Süpürgə (əsl adı "sorqo") yüz illərdir insanların istifadəsində olan məişət əşyasıdır. Bu gəlirli kənd təsərrüfatı bitkisinin toxumu və gövdəsi də atılmır. Onun dənindən və yarpaqlarından heyvandarlıqda yem kimi, gövdəsindən (saçaq hissəsindən) məişətdə təmizlik işləri aparmaq üçün istifadə edilir. Masallı rayonunun Bədəlan kəndində 2 hektar sahədə süpürgə becərilir. Kənd sakini Teymur Quliyevin rəhbərlik etdiyi təsərrüfatda 12 nəfər işçi çalışır. Əkinçilər deyir ki, min bir əziyyət hesabına ərsəyə gələn süpürgə avqust-sentyabr aylarında biçilir. Sonra məhsul dəstələnərək məngənədə sıxılır və tikilir. Bu bitki suya dözümlü və istiyə tablıdır. Qurudulduqdan sonra saxlandıqda 3-4 il xarab olmadan keyfiyyətini itirmir. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |