Главная > Aqrar > MASALLININ GÜLLÜTƏPƏ KƏNDİNDƏ FINDIQ BAĞI SALINIB

MASALLININ GÜLLÜTƏPƏ KƏNDİNDƏ FINDIQ BAĞI SALINIB


1-05-2020, 12:40. Разместил: yeni321
MASALLININ GÜLLÜTƏPƏ KƏNDİNDƏ FINDIQ BAĞI SALINIB   
 
Respublika Prezidentinin fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə regionlarda davamlı tədbirlər həyata keçirilir.
Masallıda da kənd təsərrüfatının ixrac potensialı yüksək olan yeni təsərrüfat sahələrinin yaradılması və inkişaf etdirilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir.
Gəlirli sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi məqsədilə rayonun Güllütəpə kəndində 1,5 hektarda fındıq bağı salınıb.  
Kənd sakini Xamməd Bağırov deyir ki, bu təsərrüfat sahəsinin az zəhmət tələb etməsi və məhsulun satış qiymətinin münasib olması son zamanlar fındıqçılığa marağı xeyli artırıb.
Əvvəllər digər meyvə bağları salan torpaq mülkiyyətçiləri indi fındıqçılığa üstünlük verirlər.

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az

 

шаблоны для dle 11.2
Вернуться назад