Главная > Aqrar > Masallıda meyvəçiliyin inkişafı üçün geniş perspektivlər var

Masallıda meyvəçiliyin inkişafı üçün geniş perspektivlər var


5-05-2020, 12:52. Разместил: yeni321
Masallıda meyvəçiliyin inkişafı üçün geniş perspektivlər var
 
 Azərbaycanın əlverişli coğrafi iqlim xüsusiyyətləri ölkənin bölgələrində aqrar sektorun gəlirli sahələrindən olan meyvəçiliyi inkişaf etdirmək üçün geniş perspektivlər açır. Ölkəmizdə meyvəçiliyin zəngin tarixi var və aqrar sektorun bu gəlirli sahəsi regionlar üzrə ixtisaslaşıb.
Son illər Masallıda bu sahəyə xüsusi diqqət yetirilir. Rayonda meyvəçiliyin inkişafı məqsədilə yeni bağlar salınır. Qəsəbə və kəndlərdə, eləcə də yol boyu salınan yaşıllıq zolaqları, meyvə bağları göz oxşayır.
Lürən kəndində yerli şəraitə uyğun 2 hektar sahədə naringi, 1 hektarda göycə alçası bağı, Ərkivan qəsəbəsində 2 hektarda feyxoa, Banbaşıda 2 hektarda sitrus bağı salınıb. Şərəfədə 250 ədəd, Viləş kəndində 100-ə yaxın müxtəlif meyvə tingi əkilib.
Ağaclara düzgün aqrotexniki qaydada qulluq göstərilir, vaxtaşırı bu bağlardan məhsul əldə edilir.
Onu da qeyd edək ki, rayonun əksər kəndlərində tut, üzüm, fındıq və digər meyvə bağlarının salınmasına da üstünlük verilir.

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад