Главная > Aqrar > Masallıda barama qəbulu başlandı

Masallıda barama qəbulu başlandı


10-06-2020, 21:23. Разместил: yeni321
Masallıda barama qəbulu başlandı 

Masallı kümçüləri bir aylıq qayğıdan sonra barama təhvilinə başlamışlar.
İyunun 10-da şəhərdəki köhnə baytarlıq idarəsi deyilən bunanın qarşısında böyük əmək qələbəliyi vardı. Rayonun ayrı-ayrı ərazilərindən gətirilən məhsul burada Şəki “Azəripək” Şirkəti və Masallı DAİM-in mütəxəssisləri tərəfindən bir daha yoxlanılıb təhvil götürülürdü. İlk məhsul olaraq Mahmudavar ərazisindən 37 kiloqram məhsul gətirilib təhvil verildi. Sığdaş ərazisi 59 kiloqram məhsul təhvil verib.
Güllütəpə, Musaküçə, Yeddioymaq və Şıxlar ərazilərindən də gətirilən məhsul razılıqla qəbul olunur. Masallı kümçüləri Şəkidəki “Azəripək” Şirkətinə 1137 kiloqram barama təhvil vermişlər. Hazırda kümçülərdən barama tədarükü işləri davam etdirilir.

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад