Главная > Aqrar > Masallıda baramaçılıq üçün möhkəm yem bazası yaradılır
Masallıda baramaçılıq üçün möhkəm yem bazası yaradılır4-12-2017, 16:10. Разместил: yeni321 |
Masallıda baramaçılıq üçün möhkəm yem bazası yaradılır Masallı rayonunda baramaçılıq üçün möhkəm yem bazasının yaradılması məqsədilə görülən tədbirlər, tut bağlarının artırılması, mövcud ağaclara qulluq edilməsi ilə xarakterizə olunur. Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Seymur Nuriyevin verdiyi məlumata görə bu yaxınlarda Çindən rayona 5 min tut tingi gətirilmişdir. Gətirilən tinglər İpək yolunun Səmidxan ərazindəki körpünün Masallı ərazisinə məxsus qoruyucu zolağında əkilir. 4 dekabr 2017-ci il tarixdə burada əsl canlanma vardı. Rayon KTİ-nin və mənzil-kommunal təsərrüatı istehsal birliyinin yaşıllıq şöbəsinin işçiləri burada çəkilmiş cərgələrdə çala qazır, tingləri basdırırlar. İlk tingi yuvaya rayon KTİ-nin mütəxəssisəri qoyurlar. Qazılmış çalalara əvvəlcədən peyin verilir, sonra suvarılır. Çox keçmir ki, 70 sot sahədə tinglər cərgələnir. Əkində aqrotexniki qayda gözlənilir. Sahələrin ayrılması, hazırlanması və əkinin gedişatı mütəxəssislərin nəzarəti altında aparılır. Bugünkü əkin görülən tədbirlərin davamıdır. Masallı RİH Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi İntiqam Bağırovun verdiyi məlumata görə bugünkü əkin kampaniyasından əvvəl də rayonun ayrı-ayrı ərazilərində 3 minə qədər yerli tut tingi əkilmiş və hal-hazırda tinglərə qulluq göstərilir. Qarğalıqda 750, Kalinovkada 600, Kolatanda 500, Bədəlan, Təzə Alvadı, Təklə və s. ərazilərdə tut əkilmişdir. Masallı MKTİB-nin yaşıllıq şöbəsinin rəisi Adbala Əmənov bildirdi ki, əkilən sahəyə qulluq olunmuş və suvarılmışdır. Rəsul RZAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |