Главная > Aqrar > Masallıda çəltik biçilir

Masallıda çəltik biçilir


10-09-2020, 21:36. Разместил: yeni321
Masallıda çəltik biçilir

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə bu il Qızılağac ərazisində yetişdirilmiş 31 hektar çəltik sahəsində məhsul bol gəlib.
Həyata keçirilən aqrotexniki tədbirlər nəticəsində bitkilər vaxtında yetişkənlik fazasına çatıb. Bu günlərdə Hollandiyadan gətirilmiş müasir kombaynla biçin başlayıb. Üç gün ərzində 4 hektar sahədə biçin başa çatmış, bunkerlərdən 18 ton məhsul boşaldılmışdır.
Rayonun başqa ərazilərində də çəltik biçini başlanıb.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад