Главная > Aqrar > Masallıda yanğın təhlükəsizliyi və əkinlə bağlı onlayn müşavirə keçirilib

Masallıda yanğın təhlükəsizliyi və əkinlə bağlı onlayn müşavirə keçirilib


1-05-2021, 18:00. Разместил: yeni321
Masallıda yanğın təhlükəsizliyi və əkinlə bağlı onlayn müşavirə keçirilib 

Müşavirədə Cənub Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev, daxili xidmət polkovnik-leytenantı Samir Kərimov, ərazi nümayəndələri və bələdiyyə sədrləri, aidiyyatı idarə-müəssisə rəhbərləri iştirak ediblər.
Müşavirəni Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməhüseyn Hüseynov açaraq tədbir iştirakçılarına müzakirə edilən iki məsələ - yanğın təhlükəsizliyi və əkinlə bağlı fikirlərini bildirib, tövsiyələrini verib.
Onlayn tədbirdə Cənub Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev və daxili xidmət polkovnik-leytenantı Samir Kərimov çıxış edərək bildiriblər ki, ot və taxıl biçinini itkisiz başa çatdırmaq üçün bir sıra tədbirlər görülməlidir. Görülmüş tədbirlərin ən vacibi isə ot biçini zamanı yanğın təhlükəsizliyinin qarşısının alınmasıdır.
Əkin sahələrinin suvarma suyu ilə təminatı və digər əkin məsələləri ilə bağlı çıxış edən Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev qeyd edib ki, təsərrüfatlarda əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması üçün dövlət tərəfindən mümkün olan bütün imkanlar yaradılıb.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад