Главная > Aqrar > Masallıda yazlıq bitkilərin əkininə başlanılıb

Masallıda yazlıq bitkilərin əkininə başlanılıb


7-05-2021, 16:19. Разместил: yeni321

Masallıda yazlıq bitkilərin əkininə başlanılıb 

Masallı rayonunun təsərrüfatlarında cari ilin bol məhsulu üçün yazlıq bitkilərin əkininə başlanılıb.
Torpaq mülkiyyətçiləri əgər ötən il, 1 may 2020-ci il tarixə kimi 3141,1 hektar sahədə yazlıq əkin həyata keçirmişdilərsə, cari ilin həmin vaxtınadək bu rəqəm artaraq 3239 hektar olmuşdur. Onlar qısa müddətdə ötən ilkindən 97,9 hektar artıq sahədə yazlıq əkin işləri aparıblar.
Bu barədə Masallı Rayon Statistika İdarəsinin müavini Ülfət Məmmədov məlumat verib.
Bildirilib ki, məhsul istehsalçıları əkdikləri həmin 3239 hektar sahənin 545 hektarını dənli və dənli paxlalılar, 25,5 hektarını qarğıdalı, 6 hektarını yonca, 15 hektarını günəbaxan, 878,1 hektarını kartof, 1487,5 hektarını tərəvəz, 250,2 hektarını bostan, 31,7 hekatarını isə digər bitkilər təşkil edir.
Masallıda yazlıq bitkilərin əkini müvəffəqiyyətlə davam edir. Yaxın günlərdə əkilən bitkilərin becərilməsinə başlanacaqdır.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад