Главная > Aqrar > MASALLI - Xırmandalı və Təzəkənddə abadlıq işləri

MASALLI - Xırmandalı və Təzəkənddə abadlıq işləri


23-06-2021, 18:43. Разместил: yeni321
Xırmandalı ərazisində abadlıq işləri

Masallı rayonunun Xırmandalı kəndi ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə davam etdirilir.
Xırmandalı İƏD üzrə nümayəndəsi Məhəmməd Yusifovun verdiyi məlumata görə ərazidə mərkəzi yolun kənarı kollardan, məişət tullantılarından təmizlənib, ağaclara, güllərə qulluq edilib, dibinə su verilib və görülmüş bütün işlər karantin rejiminin tələblərinə riayət olunmaqla aparaılıb. Ərazidə abadlıq-quruculuq işləri davam edir.

Təzəkənd ərazisində su kanalları təmizləndi 

Bu günlərdə Masallı rayon Təzəkənd ərazisində 500 metrlik su kanalları məişət tullantılarından təmizlənmişdır. Ənənəvi şəkildə aparılan kənd təsərrüfatı sahəsinə kömək işləri fəal vətəndaşların hesabına həyata keçirilir.
Təzəkənd kənd inzibati ərazi dairəsi nümayəndəliyindən verilən məlumata görə son bir neçə illər ərazidə, yay vaxtları kənddə su qıtlığı yaranır. Buna səbəb ərazidən keçən su kanallarının məişət tullantıları və artıq torpaqla dolması olur. Ona görə də ərazi nümayəndəliyi və kəndin fəalları həmin işi vaxtlı-vaxtında yerinə yetirməyə təşəbbüs edirlər.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад