Главная > Aqrar > Çəltik sahələrini genişləndirəcəyik

Çəltik sahələrini genişləndirəcəyik


18-12-2017, 15:16. Разместил: yeni321
Çəltik sahələrini genişləndirəcəyik

Redaksiyamızın poçtundan

Hər bölgənin coğrafi mövqeyinə görə bitki örtüyü var. Bölgəmizdə də özünəməxsus kənd təsərrüfatı sahələri olub ki, onların əksəriyyəti bu gün unudulub. Adamlar əkin-biçindən çox ticarətə maraq göstəriblər. Mağazalarda başqa ölkələrdən alınan, mənşəyi bilinməyən ərzaq məhsulları isə gözə görünməyən fəsadlar törədir. Buna bir neçə misal gətirə bilərəm. Alma, heyva, armud, kivi və nəhayət növbənöv düyü, karamellər, ağartı məhsulları, uşaq yeməklərinin mənşəyi bilinmirsə ondan necə istifadə etmək olar? Bu məsələlər məni həmişə düşündüreüb.
Sovetlər dönəmindən sonra mən el-obamdan çıxıb haralarasa iş dalınca getmədim. Sovxozun tövləsini icarəyə götürüb mal-qara saxlamağa başladım. Burada 3-4 nəfərə də iş yeri yarandı. Mal-qaranın sayını ildən-ilə artırdım. Sonra burada mal-qaranın kökəlməsini təşkil etdim. Bu işi təcrübəli malabaxana tapşırdım. Sağmal heyvanların sayını artırdım. Süd istehsalını da çoxaldıb satışa qoydum. Fermamızda pendir sexi yaratdıq ki, bu da başqa heyvandarların öz məhsulunu buraya təhvilinə şərait yaratdı.
Mal-qaranın yem bazasının möhkəmləndirmək üçün əsaslı tədbirlər gördük.
Son vaxtlar rayonumuzda çəltikçiliyin yaxşı bəhrə verdiyini xatırlayanlar bu sahənin yenidən bərpasını tövsiyə edəndə marağım artdı. Axı, torpaqlarımızın əksəriyyəti vaxtilə çəltik altında olub. Bu da o dövrdə əmək adamlarının maddi vəziyyətini xeyli yaxşılaşdırıb.Qəsəbənin fermerləri ilə qərara gəldik ki, bu sahəni dirçəldək. Fərhad Qəniyev 7, Abdülrəzzaq Qulamov 5 hektar sahədə çəltik əkmək üçün hazırlıq işlərinə başladılar. Mən də 7 hektar sahəni əkinə hazırladım, toxum tədarük etdim. Əkdik, becərdik, biçdik. Nəticə də yaxşı oldu. Hektardan 3,5-4 ton məhsul götürdük. Bəzi aqrotexniki tədbirləri vaxtında həyata keçirə bilsəydik məhsuldarlıq daha yüksək olardı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bölgəmizə xas olan bu sahələrin inkişaf etdirilməsi ilə əlaqədar tövsiyə və göstərişləri bizi ruhlandırır.
Cənab Prezident xalqın rifahını yaxşılaşdırmaq, ölkədə ərzaq təhlükəsizliyi məsələlərini həll etmək üçün məqsədyönlü iş aparır, tədbirlər həyata keçirir. Kənd təsərrüfatının bütün ənənəvi sahələrini inkişaf etdirilməsi yeni layihələrə yol açır. Bunu üçün sahibkarlara kömək göstərilir, onlara maddi resurslar verilir.
Qəsəbənin illərlə boş qalan torpaqlarında əmək coşqunluğu artır. Taxıl, tərəvəz, çəltik və başqa əkinlərin dirçəldilməsi üçün tədbirlər görülür. Biz bu il heyvandarlığın inkişafı ilə bərabər çəltik sahələrini də genişləndirəcəyik. Bu sahənin inkişafı həm də heyvandarlığın yem bazasının yüksəldilməsinə stimul verir. Torpaq əkilsə rifahımız da yaxşılaşar, məşğulluğumuz üçün şərait yaranacaq.

Hakim MUSAYEV,
Boradigah qəsəbəsi.
шаблоны для dle 11.2
Вернуться назад