Главная > Aqrar > Bədəlanda əkin-biçinə maraq var

Bədəlanda əkin-biçinə maraq var


18-12-2017, 15:47. Разместил: yeni321
Bədəlanda əkin-biçinə maraq var

Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Loğman Şahbazovdan aldığımız məlumata görə kənddə torpağa, əkin-biçinə maraq var.
Ərazidə ötən il cəmi 5 hektar sahə şumlanıb əkilmişdir. Rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun sakinlərlə görüşündən sonra bu sahədə irəliləyiş yaranıb. Belə ki, 150 hektar sahə şumlanmış, 14 hektar buğda, 11 hektar arpa, 5,5 hektar payızlıq kələmi, 1 hektarda sarımsaq əkilmişdir. Beş hektar sahədə tütün, 40 hektarda noxud, 50 hektarda çəltik əkilməsi nəzərdə tutulmuşdur.
Əkin sahələrinin genişləndirmək məqsədi ilə kənddən Xanaliona qədər olan 60 hektar sahə kol-kosdan təmizlənmişdir.

 “Yeni həyat”,
  www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад