Главная > Aqrar > Sığdaşda işin qızğın çağıdır

Sığdaşda işin qızğın çağıdır


18-12-2017, 15:49. Разместил: yeni321

 
Sığdaşda işin qızğın çağıdır

Kənddə ilk dəfə olaraq 2 hektar sahədə yazlıq kələm yetişdirilir. Bu, kənd ərazi nümayəndəsi İsrafil Əliyevə məxsusdur.
Xanalion kənd sakini Kamil Əzizov bir hektar sahədə sarımsaq əkmişdir. Hazırda sarımsaq sahəsində bitkilərə aqrotexniki qulluq göstərilir. Üzvi gübrələr verilmiş sahə bol məhsuldan xəbər verir.
Ölkə Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrindən irəli gələn vəzifələri yerinə yetirməyə səy edən rayon meşə mühafizəsi və bərpası müəssisəsinin kollektivi Sığdaş ərazisində 10 hektar sahədə feyxoa tingi əkmişdir. İndi bağlara qulluq göstərilir, tinglər dayaqlara bağlanılır.


 “Yeni həyat”,
  www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад