Главная > Aqrar > Xırmandalılı fermerlərin uğurları

Xırmandalılı fermerlərin uğurları


16-02-2022, 10:28. Разместил: admin44

Hər il sahələrdə bol bostan məhsulları və badımcan əldə edən Xırmandalı fermerləri bu mövsümdə də səylə çalışır, əkinə hazırlıq işlərini sürətləndirirlər.
Bu il örtük altında 230 hektara yaxın yemiş, 250 hektar badımcan yetişdirməyi qərara alan təcrübəli fermerlər artıq bostan və badımcan sahələrini əkinə hazırlayıb şitil yetişdirirlər. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı Həsənağa Əliyev xəbər verir ki, fermerlərdən İlqar Məmmədov, Təbrik Zeynalov, Rasim Əzimov, Akif və Hasil İsmayılovlar, Səhhət Məmiyev, Fərahim Zeynalov əkini aqrotexniki müddətdə  başa çatdırmaq üçün səylərini birləşdirirlər.




www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад