Главная > Aqrar > Sarımsaq əkininə diqqət artır
Sarımsaq əkininə diqqət artır20-11-2017, 14:48. Разместил: yeni321 |
Sarımsaq əkininə diqqət artır Torpaq adamı Ağımtıl rəngli sarımsaq soğanaqlı bitkidir . Dadı kəskin yandırıcı olmaqla özünəməxsus iyi olan sarımsaq şərq təbabətində çox qədimdən dərman kimi istifadə olunub. Xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində istifadə olunur. Son dərəcə qüvvətli bakterdisid təsirə malikdir. Xalq təbabətində xörəkdə və ya turşuya qoyulmuş sarımsaqdan vərəm xəstəliyi zamanı iştaha artıran, bəlğəmgətirən və sinə iltihabını təmizləmək üçün, yoğun bağırsaq xəstəliyi zamanı işlədilir. Sinirli xəstələrə suyundan içirtmək faydalıdır. Bir vaxtlar rayonumuzun ictimai təsərrüfatlarında, həyətyanı sahələrdə yetişdirilən sarımsaq son 25-30 ildə unudulmuşdu. Bazarlarımıza qonşu Cəlilabaddan, İrandan gətirilən bu faydalı bitkinin qiyməti ilbəil yüksəlirdi. Ötən iki-üç ildə bazarlarda kiloqramı 7-12 manata almaq olurdu. Sarımsaq sahələrinin genişləndirilməsi maddi duruma, can sağlığına müsbət təsir edən bu bitkiyə marağı xeyli artırmışdır. Hazırda payıbəlli sahələrdə on hektarlarla sarımsaq yetişdirilir. Oxuculara sarımsaq əkib yetişdirən əmək adamının söhbətini təqdim edirik. Türkoba ərazisində İntiqam Nəzərovu torpaq adamı kimi tanıyırlar. Kəndə qayıdıb torpağa könül verən iş adamı indi kənddə sarımsaq, taxıl, tərəvəz yetişdirir. Özünün dediyi kimi əkin-biçindən zövq alır, fərəhlənir.Onun sarımsaqla bağlı söhbətini dəftərçəmə köçürüb oxuculara çatdırıram. – Torpaq dolanışıq mənbəyimizdir. Uzun illər əkin-biçinə həsrət qalsa da bu gün ona diqqət və qayğı çoxdur. Sinəsində min bir nemət yetirir. Yaxın vaxtlarda kənd bələdiyyəsinin sədri və ərazi nümayəndəsi ilə məsləhət-məşvərət etdik. Onlar mənə tərəvəz, sitrus bitkiləri, çəltik əkməyi tövsiyə etdilər. Qəzvinoba sahəsi deyilən yerdə 8 hektar sahəni şumladım. Burada sarımsaq əkməyi qərara aldım. Kənd rəhbərləri, təcrübəli əkinçilər də fikrimi bəyəndilər. Sarımsaq məhsuldar, xəstəliklərə dözümü, cana faydalı, müştərisi olan qiyməti bitkidir. Saxlama müddəti çoxdur. Mütəxəssislərlə həmsöhbət oldum. Sarımsağın əkin bə becərmə qaydalarını öyrəndim. Keyfiyyətli toxum da məhsuldarlığın əsasıdır, dedilər. Torpağı birinci şumdan sonra hamarlayıb ləklərə böldüm. Bu, becərmələrdə əməyi yüngülləşdirir. Mütəxəssislər dedilər ki, havalar mülayim keçsə əkinə oktyabr-noyabr aylarında, sərt havalarda mart-aprel aylarında başalamaq olar. Oktyabr ayında əkini başa çatdırdıq. 10-15 nəfərin zəhməti ilə sarımsaq dənələrini torpağa keyfiyyətlə köçürdük. Torpağın vaxtında, keyfiyyətlə şumlanmasını, üzvi gübrələrin verilməsini aqrotexniki qaydada başa çatdırdıq. Artıq cücərtilər torpaqdan baş qaldırıb. İndi bitkiləri alaqdan təmizləyirik. Qış başlamamış bitkilərin arasına çürümüş peyin verəcəyik. Başqa tədbirlərimiz də var. Ləklərarası kiçik arxları təmizləyib dərinləşdirəcəyik. Suyunn qalmaması üçün ətrafdakı kanallara suaparıcı arxlar qazacağıq. Sarımsağın məhsuldarlığı onun dibinin inkişafından çox asılıdır. İri, keyfiyyətli diblərin əmələ gəlməsi üçün ziyanvericilərə qarşı vaxtında mübarizə aparacaq, dərmanlama işləri həyata keçirəcəyik. Sarımsaq quraqlığa davamlıdır. Dəmyə şəraitində suvarmağa ehtiyac qalmır. Ancaq aprel ayında sarımsaq əkiləcək sahələri suvarmaq üçün su mənbələrindən istifadə edəcəyik. İ.Nəzərovun söhbətini yazdı: Cavid ZİYADOV, ştatdankənar müxbirimiz. Вернуться назад |