• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür

    Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür

     

    Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür

    Azərbaycan həyatında baş verən əlamətdar hadisələr onun milli bayramını, adət və ənələrini, milli dəyərlərini, milli qürurunu yaşadan bir gün olaraq tarixiləşir. Dövlət müstəqilliyini əldə etdikdən sonra bu tarixi günlər qeyd olunur və insanlara həmin tarixlə bağlı yüksək dəyərlər aşılanır. Yaşadığımız son illərin reallıqları bu günlərin sırasına daha bir günü də əlvə edib. Bu, 30 İyun Sevgililər Günüdür. 2003-cü ildən etibarən bu gün ölkəmizdə qeyd olunur. Bu günün tarixi 1990-cı il yanvarın 20-də şəhid olan İlham və onun yoxluğuna dözə bilməyib intihar edən Fərizənin toy günü ilə bağlı olan amildir. İlhamın yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy gününün tarixçəsidir. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü- 30 iyun tarixi Azərbaycanda Sevgililər Günü kimi keçirilir.
    Sevgililər Günü milli dəyərləri inkişaf etdirmək, qəhrəmanlıq tariximiz, sevgi kimi müqəddəs bir hissi özündə ehtiva edir. Məlumdur ki, uzun illər 14 fevral tarixi "Sevgililər Günü" kimi qeyd olunurdu. Sevgilər Gününün başlanğıc tarixi qədim Roma İmperiyasının dövrünə təsadüf edir. Miladdan sonra ilk əsrlərdən bəri hər il fevral ayının 14-də qeyd olunan Sevgililər Gününün başlanğıcı ilə əlaqədar olaraq o gündən günümüzə qədər gəlmiş müxtəlif əfsanə və hekayələr var. Amma bu hekayələri üstələyən xalqın həqiqəti bayramı sevgililər gününün tarixində dəyişiklik yaratdı. Təkcə tarixində yox, məzmununda, ideyasındakı fərqlilik başqa məcra aldı. 20 yanvar faciəsinin qurbanı olmuş İlham və Fərizənin toy gününü 30 iyun tarixi Azərbaycanda Sevgilər Günü kimi qeyd olunması ideyası birmənalı qarşılandı. Artıq illərdir ki, bayram böyük sevgi ilə xüsusilə də gənclər tərəfindən qeyd olunur. Bunun əhəmiyyəti onunla bağlıdır ki, yetişən nəsil öz tarixi ilə bağlı həqiqətləri hər zaman xatırlaya biləcək, bu günün tarixini araşdıran kəslərə Azərbaycanda baş vərən hadisələr, İlham və Fərizənin fədakarlığı, Azərbaycan qadınının dəyanəti tam şəkildə aydın olacaq. İki gəncin ölümünə səbəb olan amil - rus imperiyasının Azərbaycan xalqına qarşı yürütdüyü qanlı siyasət neçə-neçə insanı taleyini alt-üst etdiyi kimi, azadlıq eşqi ilə yaşayan ilhamların, fərizələrin də həyatına son nöqtəni həkk etdi.
    Bu tarix Azərbaycan xalqına, xüsusilə, gənclərə, tələbələrə daha da sirayət edir. 30 iyun təkcə iki gəncin bir-birini sevdiyi, həmçinin iki gəncin şəhid taleyi də deyil. 30 iyun bir millətin yaşadığı tarixdir. Yəni 20 yanvar hadisələri baş verməsəydi, 30 iyun bayram gününə çevrilməzdi. Bu, böyük sevgilərin, mübariz insanların düşüncəsini, məqsədini gerçəkləşdirən tarixdir. Bu hisslər, ali dəyərlər, mübarizələr Azərbaycanı müstəqilliyə qovuşdurdu. Bu tarixi gün özündə çox məqamları birləşdirir.
    İlhamla Fərizə nümunəsi bir məktəb yaratdı. Ən böyük əxlaqi, milli dəyərlər bu günün altında özünü göstərir. Bu tarixi gün çox şeylər üzərində qalibiyyətdir. Neçə-neçə Valentinlər Azərbaycanın İlham və Fərizəsi ilə müqayisə oluna bilməz. Azərbaycana xarici təcavüz olanda gecə yatmayaraq düşmənin qarşısına əliyalın çıxan igid bir oğulun vətəpərvərliyidir bu. İlhamın sevgisi uğrunda heç nəyi göz önünə almayan "mən sənsiz yaşaya bilməyəcəm. İlham, mən sənin arxanca mütləq gələcəm", - deyən Fərizənin ismətidir, mərdliyidir, dəyanətidir, vəfasıdır, 20 yaşlı qızın cəsarətidir. İlhamla Fərizə Azərbaycan xalqının tarixində elə hadisədir ki, o, dünya xalqlarının heç birinin tarixində yoxdur.
    1989-cu il iyun ayının 11-də Fərizənin, iyunun 30-da isə İlhamın toyu olub. Beləcə, bir-birinə qovuşan gənclər 6 ay birgə xoşbəxt tale yaşayıblar. Necə deyərlər, düşmənin siması Bakıda görünənə qədər. 1990-cı il 19-undan 20 yanvara keçən gecə baş verən hadisədə düşmənin hücumu qarşısına çıxan ər oğullar içərisində İlham da var idi və şəhid olanların içərisində onun da adı oldu. Narahat yaşayan Fərizə son saatlarını yaşayır. Fərizə elə bil başqa dünyada idi. Heç kimi gözü görmürdü. İlhamın "Şəhidlər Xiyabanı"nda basdıracağını eşidən kimi, qərarını qətiləşdirir. İlham Xırdalandakı məzardan çıxarılan gün, səhət saat 5-6 radələrində qatı sirkə turşusu içib özünü öldürür. İlhamla bir məzarda dəfn olunmaq, onu yalnız qoymamaq istəyi idi bu.
    Budur, sevgi şəhidlər xiyabanınında tariximizin ən möhtəşəm abidəsini yaratdı. Artıq tariximizin ən şanlı və möhtəşəm məkanıdır bura. Əbədi yuva salıblar bu məkanda. Zirvədə, ucalıqda yaşayırlar. Hər kəsin ziyarət məkanına çevrilən yerdə hər zaman İlham və Fərizə hekayəti danışılır. Tanrı ömrünü əsrlərə həkk edən bir ömrə sahib oldular. İndi ailə quran gənclər onların məzarını ziyarət edir, xeyir-dua alır, əhd-peyman bağlayırlar.
    Belə insanların timsalında cəmiyyətə vətəndaşlar yetişdirilir. Düşmən gülləsinə sinəsini gərən, ismətini hər şeydən uca tutub sevgisi üçün fədakarlıq göstərən və düşmənin kin və hiyləsinə açıq etirazını bildirən bu gənclər örnək olaraq məhəbbətlə xatırlanır. Elə Sevgililər Gününü də onların ruhuna ehtiram olaraq qeyd edirlər.
    Nəzakət ƏLƏDDİNQIZI.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:26 Masallı Dövlət Regional Kollecinin məzun gecəsi
    2. 16:17 Masallıda “Kitab günü” və “Asudə vaxtı necə səmərəli keçirməli” mövzusunda tədbir keçirilib
    3. 15:57 “Regional Hüquqi və İqtisadi Maarifləndirmə ” İctimai Birliyi Masallıda “Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda tədbir keçirib
    4. 21:20 Tarixdə iz qoymuş böyük şəxsiyyət
    5. 19:45 “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi növbəti tədbirini Masallıda keçirib
    6. 15:23 Prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib
    7. 15:20 Prezident İlham Əliyev İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    8. 15:12 Şanlı tariximiz
    9. 22:05 NATO-nun Zirvə toplantısının yekun kommunikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək ifadə olunub
    10. 21:51 Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti ilə görüşüb
    11. 21:46 Prezident İlham Əliyevin və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub
    12. 21:40 Prezident İlham Əliyev Brüsseldə BMT baş katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb
    13. 21:34 Prezident İlham Əliyev Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib
    14. 21:26 Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün qəbul təşkil olunub
    15. 21:47 “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində növbəti yay məktəbi təşkil olunacaq
    16. 16:43 Azərbaycan və Türkiyə prezidentləri görüşüb
    17. 15:23 Prezident İlham Əliyev İsveçrənin federal müşavirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    18. 15:15 Masallıda “100 illik şanlı tarix” mövzusunda konfrans keçirilib
    19. 15:03 Masallı gənclərinin orduya yola salınma mərasimi
    20. 19:41 XİN-nin əməkdaşları peşə bayramları münasibətilə cəbhə bölgəsinə səfər ediblər
    21. 14:05 Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
    22. 22:09 Masallı karateçiləri beynəlxalq turnirin kubokuna sahibləniblər
    23. 23:14 Masallı taekvondoçularının növbəti uğuru
    24. 22:15 2 iyul - İdman Jurnalistikası Günüdür
    25. 20:17 Elektron media və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsilə bağlı ictimai fəallığın artırılması
    26. 20:02 Masallıda 2 iyul – Polis gününün 100 illiyi qeyd edilib
    27. 15:45 Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür
    28. 15:09 Bu gün akademik Cəlal Əliyevin doğum günüdür
    29. 14:51 İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    30. 14:44 Masallı RPŞ-nin rəisi, polis polkovniki Habil Əmiraslanov “Vətən uğrunda” medalı ilə təltif olunub
    31. 21:03 Prezident İlham Əliyev ABŞ dövlət katibi köməkçisinin birinci müavinini qəbul edib
    32. 18:22 Masallı RİH başçısının Tüklə ərazisində səyyar görüş-qəbulu
    33. 18:16 Masallıda “Narkomaniya: çətin və erkən ölüm” layihəsi çərçivəsində tədbir keçirilib
    34. 15:34 Prezident İlham Əliyev İranın mədəniyyət və islami irşad nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    35. 15:13 Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    36. 15:09 Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda olub
    37. 14:58 “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına start Masallıdan verilib
    38. 23:14 Masallı “ASAN xidmət” könüllüləri Silahlı Qüvvələr Gününə həsr olunmuş dəyirmi masada
    39. 20:55 Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib
    40. 20:50 Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
      Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıbBir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Bütün xəbərlər
    «    İyul 2018    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ