Главная > Dünya Xəbərləri > Tarixdə bu gün - 23 noyabr

Tarixdə bu gün - 23 noyabr


23-11-2017, 10:36. Разместил: yeni321

Tarixdə bu gün - 23 noyabr


1948-ci il. Bəstəkar, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyli vəfat edib (1885-1948). Ü.Hacıbəyli Azərbaycan Respublikası himninin bəstəkarı, müsəlman Şərqində ilk operanın müəllifidir (“Leyli və Məcnun”, 1908). 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası isə Ü.Hacıbəyli yaradıcılığının zirvəsini təşkil edir. “Ər və arvad” musiqili komediyası, “O olmasın, bu olsun”, “Arşın mal alan” operettaları da görkəmli bəstəkarın sevilən əsərləri arasındadır.

1954-cü il. ABŞ-ın avtomobil istehsalçısı “General Motors” şirkəti 50 milyonuncu avtomobilini – qızıl suyuna çəkilmiş ikinəfərlik qapalı “Şevrolet” avtomobilini təqdim edib.

1976-cı il. Fransalı dalğıc Jak Mayol (1927-2001) dünyada ilk dəfə olaraq, dalğıc avadanlığından istifadə etmədən dənizin 100 metr dərinliyinədək enib.

1992-ci il. ABŞ-ın Las-Veqas şəhərində keçirilən COMDEX sərgisində dünyada ilk smartfon – “IBM Simon” təqdim olunub.

2005-ci il. Liberiya Prezidenti seçilən Elen Conson Sörlif Afrika qitəsində ilk qadın dövlət başçısı kimi tarixə düşüb.

шаблоны для dle 11.2
Вернуться назад