Главная > Dünya Xəbərləri > Masallıda Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anıldı

Masallıda Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anıldı


8-10-2018, 17:43. Разместил: admin44

 

Masallıda Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anıldı

Oktyabrın 8-də Masallı rayonunun Xıl kəndində Milli Qəhrəman Elşad Hüseynovun xatirəsi anıldı.
İlk öncə tədbir iştirakçıları Milli Qəhrəmanın abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Tədbiri Xıl kənd orta məktəbinin müəllimi Səadət Əliyev açdı. O, Milli Qəhrəmanın müəllimi kimi onun uşaqlıq və gənclik illərindən xatirələr söydi.
Milli Qəhrəmanın və Azərbaycanın bütövlüyü uğrunda həlak olanların ruhuna dualar oxundu.
Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova tədbir iştirakçılarını salamladı. Dövlətimizin Milli Qəhrəmanlar, torpaqlarımız uğrunda şəhid olanların ailələrinə qayğısından danışan icra hakimiyyəti başçının müavini bildirdi ki, Elşad Hüseynovun anım və doğum günlərinin hər il ictimaiyyət tərəfindən qeyd edilməsi, onun xatirəsinin əbədiləşdirilməsi, abidəsinin yaradılması və s. bu qayğının nəticəsidir. A.Qafarova Milli Qəhrəmanın minlərlə insanın qürur hissi olduğunu bildirərək şagirdləri Elşad kimi vətənpərvər olmağa çağırdı. Rayon rəsmisi Elşad Hüseynovun Qarabağ müharibəsində göstərdiyi şücaətdən, onun döyüş bacarığından söz açaraq erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə geri qaytarılacağı və şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığını bildirdi.
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynov 8 oktyabr 1960-ci ildə Masallı rayonunun Xıl kəndində anadan olub. 1978-ci ildə burada məktəbi bitirib sovxozda işləyib. 1979 - 1981 -ci illərdə qonşu Gürcüstanın Batumi şəhərində hərbi xidmətdə olub. Daha sonra Bakı şəhərind ə DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür.
1991-ci ildə E.Hüseynovun ilk sınaq döyüşü Füzuli və Tərtər bölgələrində olub. Elşad Hüseynov Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşub. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 1992-ci il, iyunun 15-də döyüşçülərimizə Fərrux kəndini düşməndən azad etmək tapşırığı verilmişdi. Səhər tezdən Ağdam istiqamətində döyüşə atılan polis cəngavərləri kəndin içinə doğru irəliləyirdilər. Elşad həmişə olduğu kimi, yenə də döyüşün ən qızğın yerində idi. O, həm cəsarətli vuruşu, həm də ruhlandırıcı çağırışları ilə döyüş yoldaşlarına mənəvi qüvvə verirdi. Əfsus ki, mövqeyini dəyişmək üçün səngərdən çıxarkən E.Hüseynov qəfil düşmən gülləsinə tuş gəldi...
Ailəli idi, üç övladı var.
1992-ci il 8 oktyabr tarixində Elşad Eynulla oğlu Hüseynov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Elşad Hüseynov Masallı rayonu Xıl kəndində dəfn edilib, kənddə büstü qoyulub. Masallı şəhərinin küçələrindən birinə Milli Qəhrəmanın adı verilib.
Tədbirdə çıxış edən Masallı RTŞ-nin müdir müavini Samit İslamov, Masallı Dövlət Regional Kollecinin direktoru, "Tərəqqi" medallı Vidadi Nəzərov, Milli Qəhrəmana poema həsr etmiş şair Tahir Heydərli, Milli Qəhrəman Elşad Hüseynovun qardaşı Həbib Eynullayev və başqaları şəhidin həyat və fəaliyyətindən danışıb, döyüş yolundan misallar gətirib, mənalı ömrünü gənclık üçün örnək olduğunu bildiriblər.
Çıxış edənlər Milli Qəhrəman E.Hüseynovun Masallı şəhərində adına verilmiş küçənin abadlaşdırılması tədbirlərinə görə Masallı Rayon İcra Hakimiyyətinin başçı Rafil Hüseynova minnətdarlıq ifadə ediblər.
Tədbirdə Masallı Dövlət Regional Kolleci tələbələrinin ifasında E.Hüseynova həsr olunmuş ədəbi-bədii kompozisiya səslənib.
 
 

“Yeni həyat”,
www.yeniheyet.az 
 
 шаблоны для dle 11.2
Вернуться назад