Главная > Dünya Xəbərləri > Noyabrın 27-si Gürcüstanda matəm günü elan olunub

Noyabrın 27-si Gürcüstanda matəm günü elan olunub


25-11-2017, 20:31. Разместил: yeni321
 
Noyabrın 27-si Gürcüstanda matəm günü elan olunub
 
Batumidə “Leoqrand” otelində baş vermiş yanğın nəticəsində insan tələfatı ilə əlaqədar noyabrın 27-si Gürcüstanda matəm günü elan olunub.
Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Matəm günü Gürcüstanda dövlət bayrağı endiriləcək, həlak olanlar üçün dualar oxunacaq, müxtəlif ayinlər yerinə yetiriləcək.
Xatırladaq ki, noyabrın 24-dən 25-nə keçən gecə “Leoqrand” otelində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb. Yanğın oteldəki spa-salon mərkəzində başlayıb. Yanğınsöndürənlər 7-ci mərtəbədə təcrid olunmuş vəziyyətdə qalan 100-dək insanı xilas edə biliblər.шаблоны для dle 11.2
Вернуться назад