Главная > Dünya Xəbərləri > Tarixdə bu gün - 26 noyabr

Tarixdə bu gün - 26 noyabr


26-11-2017, 16:11. Разместил: yeni321
 

Tarixdə bu gün - 26 noyabr

  
1991-ci il. Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ləğv olunub. Ali Sovet keçmiş DQMV-nin mərkəzi şəhəri Stepanakertin adının dəyişdirilərək Xankəndi adlandırılması, habelə Mardakert və Martuninin tarixi adlarının (Ağdərə və Xocavənd) bərpası barədə qanun qəbul edib. Dağlıq Qarabağda Hadrut və Əsgəran rayonları ləğv edilib, Hadrutun ərazisi Xocavənd rayonunun, Əsgəranın ərazisi isə yeni yaradılan Xocalı rayonunun tərkibinə verilib. Ali Sovetin həmin iclasında parlamentin daimi fəaliyyət göstərəcək orqanının - Milli Şuranın yaradılması barədə də qərar qəbul olunub.

 1394-cü il. Seul Koreyanın paytaxtı elan edilib. Əhalisi 10 milyondan çox, ərazisi 605 kvadratkilometrdir. Şəhər Şərqi Asiyanın aparıcı maliyyə mərkəzlərindən biridir. 1988-ci ildə Seulda XX Yay Olimpiya Oyunları, 2002-ci ildə isə futbol üzrə dünya çempionatı keçirilib.

 2008–ci il. Hindistanın Mumbay şəhərində terror hücumları nəticəsində 175 nəfər (doqquzu terrorçu olmaqla) həlak olub, 300-dən çox insan yaralanıb.

 1812-ci il. Fransa-Rusiya müharibəsində məğlubiyyətə uğrayan Napoleon qoşunu geri çəkilməyə başlayıb. Bu müharibə Napoleonun böyük ordusunun tam məğlubiyyəti ilə nəticələnib.

 1924-cü il. Monqolustan Xalq Respublikası elan olunub və yeni dövlətin ilk konstitusiyası qəbil edilib. Bu tarix Monqolustanın müstəqillik günü kimi qeyd olunur.

 1994-cü il. Beynəlxalq İnformasiya Günü təsis olunub. Bu gün hazırda bir çox ölkələrdə qeyd edilir.
 



 
шаблоны для dle 11.2
Вернуться назад