Главная > Dünya Xəbərləri > Tarixdə bu gün - 27 noyabr

Tarixdə bu gün - 27 noyabr


27-11-2017, 10:22. Разместил: yeni321
 
Tarixdə bu gün - 27 noyabr

1895-ci il.  Alfred Nobel (1833-1896) varidatını Nobel Fonduna bağışladığı barədə vəsiyyətnamə imzalayıb. Nobel son vəsiyyətində varidatının təxminən 94 faizini “il ərzində bəşəriyyətə böyük töhfələr vermiş şəxslər” üçün beş mükafatın (fizika, kimya, tibb (fiziologiya), ədəbiyyat və sülh) təsisinə ayırıb. 1875-cu ildə Bakıda öz şirkətlərini yaradan Nobel qardaşları qısa müddətdə Abşeronun bir sıra neft mədənlərinin sahibi olub, böyük kapitala yiyələniblər. Hazırda həmin pullar "Nobel mükafatı" formasında hər il müxtəlif sahədə mühüm kəşf və ixtiraları olan alimlərə təqdim olunur.

1989-cu il. Kolumbiyada terror aktı nəticəsində “Avianca” şirkətinə məxsus “Boeing 727-21” təyyarəsi partladılıb, nəticədə 110 nəfər ölüb. Təyyarə narkobaron Pablo Eskobaranın tapşırığı ilə partladılıb. Bundan altı il sonra həmin şirkətə məxsus “Boeing 747-283BM” təyyarəsi də eyni gündə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 192 nəfərdən 181-i həyatını itirib. Bu dəfə qəzaya uçuş heyətinin səhvi səbəb olub. Belə ki, bu səhv nəticəsində təyyarə dağa dəyərək parçalanıb.

1940-cı il.  Məşhur döyüş ustası və aktyor Brüs Linin doğum günü (1940-1973). Sağ ayağı anadangəlmə qısa olan Brüs Li küçə davalarından birində döyüləndən sonra Kunq-fu döyüş sənəti ilə maraqlanmağa başlayır. O, təlimlərdə Ving Çun döyüş sisteminə mükəmməl şəkildə yiyələnir. ABŞ-a köçdükdən sonra 1967-ci ildə özünümüdafiə texnikalarına əsaslanan Cit Kun Do adlı döyüş sistemi yaradır. Məşhur idmançı və aktyorun ölümü bir çoxları üçün hələ də müəmma olaraq qalır. Belə ki, Brüs Li baş rolda çəkildiyi "Ölüm oyunu" adlı film üzərində işləyərkən başağrısı səbəbindən aspirin qarışığı olan preparat qəbul edir. Dincəlmək üçün yatağa uzanır və bir daha ayılmır.
шаблоны для dle 11.2
Вернуться назад