Главная > Dünya Xəbərləri > Tarixdə bu gün – 5 dekabr

Tarixdə bu gün – 5 dekabr


5-12-2017, 14:34. Разместил: yeni321
 

Tarixdə bu gün – 5 dekabr
Dekabrın 5-i Beynəlxalq Könüllülər Günüdür. BMT-nin Baş Məclisi 1985-ci ildə hökumətlərə hər il iqtisadi və sosial inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib. Həmin ildən etibarən dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.



1946-cı il. Nyu-York şəhəri Birləşmiş Millətlər Təşkilatının daimi qərargahı seçilib.


1941-ci il. Finlandiya, Macarıstan və Rumıniya SSRİ-yə qarşı hərbi əməliyyatları dayandırmaqdan imtina edəndən sonra Böyük Britaniya bu ölkələrə müharibə elan edib.

1934-cü il. Stalinə qarşı sui-qəsddə günahlandırılan 70 nəfər güllələnmişdir.

1934-cü il.  Türkiyədə qadınlara seçki hüququ verilmişdir.

1978-ci il. SSRİƏfqanıstan arasında 20 illik dostluq müqaviləsi imzalanmışdır.

1991-ci il. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Daxili İşlər Nazirliyi yanında Ali Dövlət İdarəetmə orqanlarını mühafizə şöbəsi yaradılmışdır.шаблоны для dle 11.2
Вернуться назад