Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günüdür. 1881-ci ilin həmin günü Bakıda Azərbaycanda ilk telefon xətti işə salınıb. Peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamına müvafiq olaraq təsis edilib.
|
1492-ci il. Xristofor Kolumbun birinci ekspedisiyası Haiti adasını kəşf edib. Haitinin adı taino hindilərinin dilindən “Dağlıq ölkə” kimi tərcümə olunur.
|
|
2002-ci il. Avropa Komissiyası tütün yetişdirməkdən imtina edib, başqa bitkilərin yetişdirilməsini mənimsəyən hər bir fermerə təqribən 300 min avro ödəmək barədə qərar qəbul edib.
|