Главная > Dünya Xəbərləri > Tarixdə bu gün – 13 dekabr

Tarixdə bu gün – 13 dekabr


13-12-2017, 21:12. Разместил: yeni321
 
Tarixdə bu gün – 13 dekabr


1991-ci il. Pakistan İslam Respublikası Azərbaycanın müstəqilliyini tanıyıb. Bu ölkə Türkiyə və Rumıniyadan sonra ölkəmizin müstəqilliyini tanıyan üçüncü dövlət olub. 1992-ci il iyunun 9-da ölkələrimiz arasında diplomatik münasibətlər qurulub. 


1920-ci il. Millətlər Cəmiyyəti Haaqada Beynəlxalq Ədalət Məhkəməsi təsis edib. Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanıdır.


1642-ci il. Hollandiyalı dənizçi Abel Tasman Yeni Zelandiyanı kəşf edib. Artıq bir neçə gün sonra bu torpaqda yaşayan maori xalqının adətlərinə bələd olub. A.Tasmanın dediyinə görə, yerlilər sahilə qədəm qoyan üç matrosu heç bir səbəb olmadan öldürüblər. O da bu limanı “Qatillər buxtası” adlandırıb. Bu gün həmin buxta Qolden-Bey, yəni “Qızıl buxta” adlanır.


2003-cü il. İraqın uzun müddət gizlənən sabiq prezidenti Səddam Hüseyn Tikrit şəhərində ələ keçirilib. 1980-ci ildə o, İrana qarşı müharibəyə başlayıb. 1988-ci ilə qədər davam edən müharibə zamanı İraq ordusu kimyəvi silahdan istifadə edib. ABŞ və Böyük Britaniyanın başçılıq etdiyi çoxmillətli koalisiya qoşunlarının 2003-cü ilin aprelində İraqa hərbi müdaxiləsi nəticəsində devrilib. Sonralar İraq Ali Məhkəməsinin hökmü ilə boğazından asılaraq edam edilib.
  шаблоны для dle 11.2
Вернуться назад