Главная > Dünya Xəbərləri > Tarixdə bu gün – 14 dekabr

Tarixdə bu gün – 14 dekabr


14-12-2017, 13:33. Разместил: yeni321
 
Tarixdə bu gün – 14 dekabr 

 
1915-ci il. Azərbaycanın dünya şöhrətli müğənnisi, SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov (1915-1989) anadan olub.
1927-ci il. Azərbaycanın ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü Xudu Surxay oğlu Məmmədov (1927-1988) anadan olub.
2011-ci il. Azərbaycanın xalq artisti, xanəndə Qədir Rüstəmovun (1935-2011) xatirə günü.
1924-ci il. Hind kinoaktyoru, rejissoru, ssenaristi Rac Kapur (1924-1988) anadan olub.

1900-cü il. Alman fizik Maks Plank Kvant nəzəriyyəsini açıqlayıb.


1911-ci il. Norveç səyyahı Roald Amundsen (1872–1928) Cənub qütbünə çatan ilk insan kimi tarixə düşüb.


1947-ci il. “Real Madrid” klubunun doğma stadionu olan “Santyaqo Bernabeu”da ilk futbol oyunu keçirilib.


2004-cü il. Fransada dünyanın ən hündür körpüsünün – Millau Viaduktun açılışı olub. Hündürlüyü 343 metr olan körpünün uzunluğu 2460 metrdir.


шаблоны для dle 11.2
Вернуться назад