1973-cü il. İslam Konfransı Təşkilatına üzv ölkələrin maliyyə nazirlərinin toplantısında İslam İnkişaf Bankının yaradılması ilə bağlı bəyannamə imzalanıb. Bank 1975-ci ilin oktyabrında fəaliyyətə başlayıb. Yalnız İslam Konfransı Təşkilatında təmsil olunan ölkələr banka üzv ola bilər. Bankın başlıca məqsədi üzv dövlətlərin və müsəlman icmalarının iqtisadi və sosial inkişafına İslam qanunlarına uyğun şəkildə yardım göstərməkdən ibarətdir.
|
1990-cı il. BMT Baş Assambleyası miqrant və onların ailələrinin hüquqlarını qoruyan beynəlxalq konvensiya qəbul edib. Konvensiyanın qəbul olunduğu tarix 2000-ci ildən BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Miqrant Günü kimi qeyd edilir.
|
|
1921-ci il. SSRİ Xalq Artisti Yuri Nikulin anadan olub (1921-1970). O, bir çox sevilən rus filmlərində maraqlı obrazlar yaradıb. Onun iştirakı ilə çəkilmiş məşhur kinokomediyalar sırasında "Brilyant əl", "12 stul", "Quldur qocalar" və digər filmlər var. Yuri Nikulin Leonid Qaydayın filmlərindəki məşhur üç personajdan (Qorxaq, Axmaq və Çoxbilmiş) Axmaq rolunu canlandırıb. Bu personajlar tamaşaçılara "Araq çəkənlər", "Köpək Barbos və qeyri-adi qaçış" ("Tam ciddi"), "I" əməliyyatı və Şurikin başqa macəraları", "Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmlərindən tanışdır.
|
|
1879-cu il. İosif Stalin (İosif Vissarionovoç Cuqaşvili) anadan olub (1879-1953). O, milliyyətcə gürcüdür. 1922-ci ilin aprelində Rusiya KP (b) MK-nın plenumunda MK-nın birinci katibi seçilib. Ona 1943-cü ildə "Sovet İttifaqı Marşalı" rütbəsi, 1945-ci ildə isə məxsusi təsis edilmiş "Sovet İttifaqı Generalisimusu" rütbəsi verilib. Ölümündən bir müddət sonra şəxsiyyətə pərəstişdə ittiham olunan Stalinin adı “Tarixdə ən çox öyrənilmiş 100 şəxsiyyət” siyahısına daxil edilib.
|
|
1953-cü il. İlk rəngli televiziya yayımı həyata keçirilib. |
|