Главная > Dünya Xəbərləri > Tarixdə bu gün – 19 dekabr

Tarixdə bu gün – 19 dekabr


19-12-2017, 16:15. Разместил: yeni321
Tarixdə bu gün – 19 dekabr
 
1993-cü il. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Fransa Respublikasının Prezidenti Fransua Mitteranın dəvəti ilə bu ölkəyə rəsmi səfər edib. Bu, Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi xarici ölkəyə ilk rəsmi səfəri idi.
2014-cü il Azərbaycan alimlərinin I Qurultayı keçirilib

19 dekabr - Beynəlxalq Yoxsullara Yardım Günüdür. Beynəlxalq Yoxsullara Yardım Günü 1995-ci ildə BMT tərəfindən təsis edilib. Ekspertlərin məlumatına görə, planetin bütün əhalisinin təxminən dörddə bir hissəsi, yəni, yarım milyard insan XX əsrdə dilənçi vəziyyətində olub. Aparılan araşdırmalar göstərir ki, 1999-cu ildən 2007-ci ilədək olan dövrdə yoxsulluqdan 300 milyon nəfər ölüb. Hətta iki dünya müharibəsi belə ümumilikdə bu qədər insanın həyatına son qoymayıb.


1997-ci il. Çin və Böyük Britaniya arasında imzalanmış birgə bəyannaməyə əsasən Honq Konq ərazisi üzərində suverenlik Çinə verilib. Çinin xüsusi statuslu bölgəsi olan Honq Konq 1698-ci ildə ingilislər tərəfindən ələ keçirilmişdi.



1921-ci il. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Azərbaycanın və SSRİ-nin Xalq Rəssamı, SSRİ Dövlət və Beynəlxalq Nehru mükafatları laureatı Mikayıl Abdullayev anadan olub (1921-2002). Mikayıl Abdullayevin əsərləri Paris, London, Praqa, Sofiya, Varşava, Qahirə, Belqrad və s. şəhərlərdə nümayiş olunub, Leypsiq, Berlin, Dehli, Madrid, Milan, Kioto şəhərlərində fərdi sərgisi keçirilib. Onun əsərləri Drezden, Tretyakov qalereyalarında, dünyanın bir çox muzeylərində və şəxsi kolleksiyalarda qorunur, Bottiçelli, Sezan, Deqa, Qoya, Leonardo da Vinçi kimi məşhur klassiklərin əsərləri ilə yanaşı, dünya kataloqunun ilk səhifəsini bəzəyir. Xalq rəssamının yaradıcılığında metronun “Nizami” stansiyası, “Abşeron” mehmanxanası və “Gülüstan” sarayının interyerinin tərtibatı xüsusi yer tutur.
шаблоны для dle 11.2
Вернуться назад