Главная > Dünya Xəbərləri > Masallıda azyaşlı uşaqlara energetik içki satan ticarət obyektlərinin satıcıları cərimələniblər

Masallıda azyaşlı uşaqlara energetik içki satan ticarət obyektlərinin satıcıları cərimələniblər


14-02-2022, 10:25. Разместил: admin44

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu və energetik içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq reydlər keçirilir.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər nəticəsində rayon ərazisində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin ticarət obyektlərinin satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən, spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə protokollar tərtib olunub və satıcıların hər biri cərimə olunub.




www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад