Главная > Dünya Xəbərləri > Tarixdə bu gün – 22 dekabr

Tarixdə bu gün – 22 dekabr


22-12-2017, 17:52. Разместил: yeni321
Tarixdə bu gün – 22 dekabr
 
 
 
1911-ci il. Görkəmli jurnalist, pedaqoq, professor Nəsir İmanquliyevin doğum günüdür (1911-1998). Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan alim-publisist, Əməkdar Jurnalist, ustad redaktor, pedaqoq və ictimai-siyasi xadim Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib. Ömrünün 50 ilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf etmiş alim-publisist zəngin pedaqoji fəaliyyəti ilə Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynayıb, milli mətbuatımızın tarixində özünün jurnalistika məktəbini yaradıb. Nəsir İmanquliyev “Bakı” və “Baku” qəzetlərinin qurucusu və 30 ilə yaxın baş redaktoru olub.


1942-ci il. Görkəmli sərkərdə Həzi Aslanova birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Sovet Ordusunda 55-ci tank briqadasının komandiri olan polkovnik Həzi Aslanov bu ada Stalinqrad döyüşlərində göstərdiyi igidliyə görə layiq görülmüşdü. 1944-cü ildə general-mayor Həzi Aslanov ikinci dəfə yüksək ada təqdim edilsə də, tarixi ədalət uzun illər sonra, 1991-ci ildə öz yerini tapıb.


1918-ci il. Sovet İttifaqı Qəhrəmanı, partizan və kəşfiyyatçı Mehdi Hüseynzadənin doğum günüdür (1918-1944). Əfsanəvi Mixaylo adı ilə tanınan Mehdi Hüseynzadə İkinci Dünya müharibəsi zamanı əsir düşsə də, düşərgədən qaçaraq, Yuqoslaviya, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparıb, çətin döyüş tapşırıqlarını və əməliyyatlarını yerinə yetirib.


1919–cu il. Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu, 5-ci hökumət kabineti parlamentdə təsdiqlənib. Bundan öncəki 4-cü hökumət kabineti 1919-cu il martın 14-də qurulmuşdu. 1919-cu il sentyabrın 13-də baş nazir Nəsib bəy Yusifbəyli hökumətin sədri vəzifəsindən istefa vermişdi. Cümhuriyyətin yeni hökuməti də N.Yusifbəylinin baş nazirliyi ilə təşkil olunmuşdu.


1920-ci il. Tanınmış kinodramaturq, yazıçı, rejissor Həsən Seyidbəylinin doğum günüdür (1920-1980). O, “Uzaq sahillərdə” (İmran Qasımovla birlikdə), “Cəbhədən cəbhəyə” romanlarının, pyeslərin, bir çox filmlərin ssenarilərinin müəllifidir. Həsən Seyidbəyli Azərbaycan kinosunda rejissor kimi də yadda qalıb, bir neçə filmə quruluş verib.


2009-cu il. Sumqayıt texnoparkının (STP) birinci mərhələsində inşa olunmuş obyektlərin açılışı olub. Hazırda Sumqayıt texnoparkında 17 zavod və 25-dən artıq istehsal sahəsi fəaliyyət göstərir.
 
 шаблоны для dle 11.2
Вернуться назад