Главная > Dünya Xəbərləri > Tarixdə bu gün – 25 dekabr

Tarixdə bu gün – 25 dekabr


24-12-2017, 23:19. Разместил: yeni321
Tarixdə bu gün – 25 dekabr
 
 
 
1991-ci il. Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərar qəbul edib. Dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunması barədə qərar qəbul edilmişdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikası Ali Sovetinə müraciət ünvanlamışdı.


1918-ci il. Peşəkar hərbçi, çar ordusunun generalı Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini, Həbib bəy Səlimov isə Baş qərargah rəisi təyin ediliblər. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaranıb. Bunun ardınca orduya çağırış haqqında fərman verilib. Qısa müddətdə 30 minlik ordu formalaşdırılıb. Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad edib və sentyabrın 17-də Azərbaycan milli hökuməti Gəncədən Bakıya köçüb.


1991-ci il. SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov vəzifəsindən istefa verib. Bununla da SSRİ dövləti hüquqi cəhətdən süqut edib. Qeyd edək ki, 1990-cı il yanvarın 20-də Bakıda törədilən faciənin əsas təşkilatçısı Mixail Qorbaçov olub. Sonralar “Həyat və islahatlar” kitabında bu hadisəyə münasibət bildirərək belə yazıb: “1990-cı ilin yanvarında çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı. Bu ağırdır, çox ağırdır… Bu faciəli hadisədən dərs götürdüm…”


1977-ci il. Məşhur ABŞ və İngiltərə rejissoru, komik aktyor, bəstəkar Çarlz Çaplin (Çarlz Spenser Çarli Çaplin) vəfat edib (1889-1977). Populyarlığına baxmayaraq, Çaplin bir dəfə də olsun Oskar mükafatı almayıb. Amerikada 40 ildən çox yaşasa da, bu ölkənin vətəndaşı olmayıb, Böyük Britaniya vətəndaşı olaraq qalıb.
 
 шаблоны для dle 11.2
Вернуться назад