Tarixdə 26 dekabr 1991-ci il. Azərbaycan Respublikasının Xankəndi şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və burada separatçı rejim yaradılıb. Həmin tarixdə Xankəndidən sonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatdırılıb. |
| 1825-ci il. Rusiyada Dekabristlər üsyanı baş verib. Dekabristlər üsyanı rus feodal təhkimçi mühitinin cəmiyyətdə doğurduğu ədalətsizliyin və rus milli şüurunun oyanmasının nəticəsi idi. Bu üsyan təhkimçiliyin ləğvi, mütləqiyyətin devrilməsi, yaxud məhdudlaşdırılması, respublika və konstitusiyalı quruluşun yaradılması məqsədini daşıyırdı. Dekabristlər üsyanı rus inqilabi fikrinin formalaşmasına, həmçinin Avropada gedən respublika hərəkatına müəyyən təsir göstərmişdi.
|
| 1898-ci il. Fransız alimləri Mariya Küri və Pyer Küri Dmitri Mendeleyevin elementlərin dövri sistemində 88-ci element olan radiumu kəşf ediblər. Mendeleyev bu element üçün dövri sistemdə əvvəlcədən boş xana saxlamışdı. Kürilər təqribən bir ton uran filizini işləyərək 0,1 qrama yaxın radium duzu aldılar. Radium gümüşü–ağ rəngli ağır, çətin əriyən metaldır. Digər qələvi – torpaq metallar kimi o da sərbəst halda yüksək kimyəvi aktivliyə malikdir, su ilə şiddətli reaksiyaya daxil olaraq hidrogeni ayırır.
|
| 1991-ci il. SSRİ Ali Soveti Müstəqil Dövlətlər Birliyinin yaranması ilə əlaqədar ittifaqın mövcudluğuna son qoyulması haqqında bəyannamə qəbul edib. Həmin gün Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi və beləliklə, ittifaq dağıldı. SSRİ-nin dağılması ilə 15 ölkə müstəqillik qazandı.
|
| 2004-cü il. Hind Okeanında baş vermiş 9,15 ballıq zəlzələdən sonra yaranan sunami İndoneziya, Şri-Lanka, Tailand, Malayziya və hətta Somali sahillərində 230 min insanın ölümünə səbəb oldu. |
шаблоны для dle 11.2
Вернуться назад
|