Главная > Dünya Xəbərləri > Tarixdə bu gün – 27 dekabr

Tarixdə bu gün – 27 dekabr


26-12-2017, 23:34. Разместил: yeni321
Tarixdə bu gün – 27 dekabr
 
2008-ci il. Dənizkənarı Milli Parkda Azərbaycan Prezidenti İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olub. Formasına görə qədim Azərbaycan musiqi alətlərindən birini - tarı xatırladan binada 350 tamaşaçı yeri olan zal, klub, tədris otaqları və səsyazma studiyası var.
 
1945-ci il. Beynəlxalq Valyuta Fondu (BVF) təsis edilib. Həmin gün 29 dövlət BVF-nin Xartiyasını imzalayıb. Hazırda BVF öz sıralarında 188 dövləti birləşdirir. Onun strukturlarında 133 ölkədən 2500 əməkdaş işləyir.


1822-ci il. Fransız kimyaçı alim, mikrobiologiya və immunologiyanın əsasını qoyanlardan biri Lui Paster (1822-1895) anadan olub. O, kimyada stereokimya deyilən yeni istiqamət açıb. L.Paster 1861-ci ildə maye ərzaq məhsullarının sonralar “pasterizasiya” adlandırılan istilik emalı ilə saxlanması üsulunu təklif edib. 1881-ci ildə Sibir xorası, 1885-ci ildə quduzluq əleyhinə vaksinlər hazırlayıb.

1867-ci il. Azərbaycan siyasi xadimi Səməd ağa Ağamalıoğlu(1867 – 06.10.1930) anadan olub.


1932-ci il. Azərbaycanın Xalq Artisti, bəstəkar Oqtay Kazıminin (1932-2010) doğum günüdür. İstedadlı bəstəkar mahnı yaradıcılığı ilə bərabər, tamaşa və operettalara musiqi bəstələyib. Azərbaycanda ilk rok-operanın müəllifidir.

1939-cu il.  Ərzincanda baş vermiş zəlzələ 30000 nəfərin ölümünə səbəb olub.

1945-ci il.  28 dövlətin iştirakı ilə Dünya Bankı qurulub.



шаблоны для dle 11.2
Вернуться назад