DataLife Engine > Версия для печати > Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi məlumat yayıblar
Главная > Dünya Xəbərləri > Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi məlumat yayıblar

Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi məlumat yayıblar


6-01-2018, 21:32. Разместил: admin44

 
Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi məlumat yayıblar


Itkin düşən alpinistlərlə bağlı birgə...


Azərbaycan Respublikasının Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi dekabrın 23-də Quba rayonu ərazisində itkin düşmüş üç alpinistlə bağlı birgə məlumat yayıb.
Baş Prokurorluğun və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərinin daxil olan birgə məlumatında bildirilir ki, 2017-ci il dekabrın 23-də “Gilavar” idman klubunun Şahdağ Milli Parkı ərazisində yerləşən Tufandağ zirvəsi istiqamətində qalxan üç üzvü - 1983-cü il təvəllüdlü Namin Bünyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin itkin düşmələri barədə daxil olmuş məlumat əsasında dekabrın 27-də Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopter cəlb olunaraq axtarışa başlanılıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, N.Bünyatov, B.Hüseynov və F.Cəbrayılzadə dekabrın 23-də saat 14 radələrində Tufandağ zirvəsinə qalxmaq məqsədilə Quba rayonunun Xınalıq kəndindən Şahdağ Milli Parkının “Xınalıq” keçid məntəqəsinə gələrək zirvə istiqamətində hərəkət edib və naməlum şəraitdə itkin düşüblər.
Hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Dağlıq ərazinin və əlverişsiz hava şəraitinin çətinliklər yaratmasına baxmayaraq, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Sərhəd Xidməti tərəfindən intensiv axtarış tədbirləri davam etdirilir.шаблоны для dle 11.2
Вернуться назад