Главная > Dünya Xəbərləri > 193 ölkəyə səyahət reytinqində Bakı ilk sırada

193 ölkəyə səyahət reytinqində Bakı ilk sırada


7-01-2018, 20:29. Разместил: yeni321
193 ölkəyə səyahət reytinqində Bakı ilk sırada


ABŞ-ın məşhur "USA today" informasiya agentliyində dərc olunan məqalədə 2018-ci ildə səyahət edilməli ölkələr sırasında Azərbaycanın paytaxtı Bakı qeyd edilib.
Dünyanın 193 ölkəsinə səyahət edən gənc amerikalı səyyah Sal Lavallonun agentlik üçün hazırladığı reytinqdə Bakı ilk sıradadır.
"Neftlə zəngin bu paytaxt şəhəri mədəniyyət və müasir memarlığa milyardlarla vəsait sərf edib. Şəhərdə gəzinti sanki açıq hava muzeyində gəzintiyə bənzəyir", - deyən 27 yaşlı səyyah şəhərdə müasir arxitektura və qədim binaların ahəngini də vurğulayıb.
İlk səyahət olunmalı şəhərlər sırasında, həmçinin Şərqi Timorun paytaxtı Dili, Abu Dabi (Birləşmiş Ərəb Əmirlikləri), Kiqali (Ruanda), Skopye (Makedoniya), Beyrut, Mendoza (Argentina), Fritaun (Syerra-Leon), Asmara (Eritreya), Baqan (Myanmar), Konstantin (Əlcəzair) yer alıb.AZƏRTAC
 
 шаблоны для dle 11.2
Вернуться назад