Главная > Dünya Xəbərləri > Smartfonlar yeniyetmələri “bədbəxt” edir

Smartfonlar yeniyetmələri “bədbəxt” edir


29-01-2018, 17:45. Разместил: yeni321
 
Smartfonlar yeniyetmələri “bədbəxt” edir
 
San-Dieqo və Corciya Universitetlərinin alimləri yaşı 13-18 arası təxminən milyona yaxın məktəblinin iştirak etdiyi tədqiqatın nəticələrini araşdırıblar. Tədqiqatçıların fikrincə telefon və kompüter oyunlarına çox zaman ayıran yeniyetmələr digərlərinə nisbətən özlərini daha az xoşbəxt hiss edirlər.
MedDaily saytına istinadla xəbər veririk ki, araşdırmaların nəticəsində iştirakçılar arasında ən xoşbəxt yeniyetmələrin gün ərzində smartfonlara bir saatdan daha az zaman ayıranların olduğu aşkarlanıb. Tədqiqatlar onu da göstərib ki, bu növ elektron cihazlardan ən çox istifadə edənlər ABŞ yeniyetmələridir. Araşdırmalarda iştirak edən, 2000-ci ildən sonra doğulanların uşaqlığı 1990-cı illərə təsadüf edənlərə nisbətən həyatdan daha az həzz aldıqları məlum olub.
Alimlər onu da bildiriblər ki, bu hal 2012-ci ildən sonra dünyaya gələnlər arasında da çox yayğındır.
Alimlərin fikrincə yeniyetmələrin ekran qarşısında iki saatdan daha az zaman keçirmələri onlarda xoşbəxtlik hissinin artaraq normallaşmasına kömək ola bilər.
 
 шаблоны для dle 11.2
Вернуться назад