Главная > Dünya Xəbərləri > Dubayda dünyada ən böyük fincan təqdim edilib

Dubayda dünyada ən böyük fincan təqdim edilib


29-01-2018, 17:53. Разместил: yeni321
Dubayda dünyada ən böyük fincan təqdim edilib
 
 
Dubayda yeni dünya rekordu müəyyən olunub. Yerli KİV-lərin yaydığı məlumata görə, bu rekord içərisində 5 min litr həcmində isti “Karak” çayı olan ən böyük fincan şəklində Ginnesin Rekordlar Kitabına daxil olacaq.
Fincanın hündürlüyü 3,66 metr, daxili diametri 1,42 metrdir. Bu qədər çay 55 min standart fincanı doldurmaq üçün kifayətdir.
Rekord “GlobalVillage” yarmarkasında müəyyən olunub. Dünyada ən böyük fincan yarmarkada fevralın 1-dək nümayiş etdiriləcək və yarmarkaya gələnlərin hamısı onun fonunda şəkil çəkdirə biləcəklər.
Bildirilir ki, çayı bir neçə saat ərzində 120 aşpaz dəmləyib. Onu hazırlamaq üçün su ilə yanaşı, 155 kiloqram çay pudrası, 270 kiloqram quru süd, 360 kiloqram şəkər, 135 kiloqram zəncəfil, 4,5 kiloqram mixək, 27 kiloqram darçın və 27 kiloqram hil lazım gəlib. AZƏRTACшаблоны для dle 11.2
Вернуться назад