Главная > Dünya Xəbərləri > Kiyev vilayətində İkinci Dünya müharibəsindən qalan silah-sursat anbarı tapılıb

Kiyev vilayətində İkinci Dünya müharibəsindən qalan silah-sursat anbarı tapılıb


13-02-2018, 18:29. Разместил: yeni321
 
Kiyev vilayətində İkinci Dünya müharibəsindən qalan silah-sursat anbarı tapılıb

 
Kiyev vilayətinin Makarovsk rayonunun Kalinovka kəndi ərazisində İkinci Dünya müharibəsindən qalan silah-sursat anbarı aşkarlanıb.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə istinadən xəbər veririk ki, anbarda 433 ədəd müxtəlif silah-sursat olub.
Məlumata görə, ərazidə daha çox silah-sursatın, aviabombanın olduğu ehtimal edilir. Ona görə də xüsusi qruplar tərəfindən axtarış işləri davam etdirilir. Ərazini bələdiyyə və milli polislər nəzarətə götürüb.
Makarovsk rayonunun tarix muzeyindən bildiriblər ki, bu silah-sursat 1943-cü ildən qalıb. Həmin ilin 8-9 noyabrında Makarovsk rayonunun azad edilməsi üçün döyüşlər getmişdi.AZƏRTAC.
 шаблоны для dle 11.2
Вернуться назад