Главная > Dünya Xəbərləri > Masallıda “Narkomaniya: çətin və erkən ölüm” layihəsi çərçivəsində tədbir keçirilib

Masallıda “Narkomaniya: çətin və erkən ölüm” layihəsi çərçivəsində tədbir keçirilib


26-06-2018, 18:16. Разместил: admin44

Masallıda “Narkomaniya: çətin və erkən ölüm” layihəsi çərçivəsində tədbir keçirilib

İyun 26-da Masallı şəhər Gənclər Mərkəzində “Narkomaniya: çətin və erkən ölüm” layihəsi çərçivəsində tədbir keçirildi.
Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Dövlətçilik Ənənələrinin Təbliği” İctimai Birliyi tərəfindən gerçəkləşir.
Layihənin rəhbəri Telman Məmmədov layihənin məqsədi barədə açıqlama verdi, tədbirin təşkilinə görə Masallı Rayon İcra Hakimiyyəti rəhbərliyinə minnətdarlıq bildirdi.
“Dövlətçilik Ənənələrinin Təbliği” İctimai Birliyinin sədri Namiq Rəhimli bildirdi ki, dünyada bu gün narkomaniyadan əziyyət çəkən insan kütləsinin sayı milyonlarla ölçülür. Ölkəmiz də bu cür qlobal problemlərdən yan ötmür. Rəsmi məlumata əsasən respublikada 30 minə yaxın narkoman qeydiyyata alınıb. Cəmiyyətimiz, dövlətimiz bununla həmişə mübarizə aparıb. Amma bu bəla ilə tək dövlətimiz yox, hamılıqla mübarizə aparmalıyıq.
Narkomaniyanı bəşəriyyətin qlobal problemlərindən biri kimi səciyyələndirən Masallı RİHB-nın hüquq şöbəsinin baş məsləhətçisi Bəxtim Qarayevqeyd etdi ki, bu sosial bəla ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır.
 
Masallı RPŞ-nin YYÇPİT qrupunun inspektoru Cəlal Əbülfəzli rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində ciddi tədbirlər görüldüyünü vurğuladı. Polis baş leytenantı diqqətə çatdırdı ki, 2018-ci ilin ötən 5 ayı əzində rayon üzrə 42 fakt aşkarlanıb ki, bunun da nəticəsində 7,458 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.
Rayon təhsil şöbəsinin əməkdaşı Əyyar Burhanov, Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov yeniyetmə və gənclər arasında narkomaniyaya qarşı mübarizə üzrə təbliğat işlərinin aparılmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyətin düşdüyünü,bu mövzuda maarifləndirici tədbirlərin əksəriyyətinin məktəblərdə aparıldığını söylədilər.
Ekspert Faiq Balabəyli bildirdi ki, narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Unutmaq olmaz ki, narkotik asılılığı aradan qaldırmaq çətin olsa da, bu, mümkündür. Bu uçuruma sürüklənməyi saxlamaq hər bir gəncin öz əlindədir və bu işdə də onlar tək deyillər.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırıldı, gənclərin problemlərinin həlli yolları gündəmə gətirildi.
Akif AĞAYEV.
“Yeni həyat”,
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад