• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallılı idmançı İtaliyada tarix yazdı

    Masallılı idmançı İtaliyada tarix yazdı

    • 3-11-2018, 14:06
    • İdman
    • 0
    • 386
     
    Boccia üzrə Paralimpiya millimizin beynəlxalq yarışda qazandığı ilk medal
     
    Masallılı idmançı İtaliyada tarix yazdı

    Boccia idman növü üzrə paralimpiya komandamızın beynəlxalq yarışda ilk dəfə medal qazanması mötəbər beynəlxalq yarışlarda qazanılan parlaq qələbələrin bu idman növü üzrə də davam etdirildiyini göstərir.
    Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşələrə yiyələnən fiziki məhdudiyyətli gənclər arasında bocciaya maraq göstərənlər bu idman növü üzrə hazırlığa cəlb olunur, bacarıqlarını artırmalarına şərait yaradılır. Boccia üzrə komandanın üzvləri Mərkəzin idman zalında müntəzəm məşqlər edir, yarışlara hazırlaşırlar. Boccia üzrə İtaliyada keçirilən beynəlxalq səviyyəli açıq regional turnirdə (21-28 oktyabr 2018-ci il) ölkəmizə qızıl medal qazandırmış Bəhruz Mirzəyev də əvvəllər Mərkəzə peşə təliminə cəlb edilən gənclərdəndir. O, bu mötəbər yarışda BC 4 kateqoriyasında yarımfinalda sloveniyalı rəqibini 4:3 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə idmançımız Ukrayna təmsilçisinə 4:1 hesabı ilə qalib gələrək turnirin qızıl medalına sahib olub. Qeyd edək ki, bu, boccia idman növü üzrə Paralimpiya milli komandamızın beynəlxalq yarışda qazandığı ilk medaldır.
    Bəhruz Şakir oglu Mirzəyev 8 aprel 1988-ci ildə Masallı rayonunun Viləş (Kalinovka) kəndində anadan olub. Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbini bitirib. Yeniyetmə yaşlarından əlil arabasına məhkum olan (miopatiya-əzələ zəifliyi xəstəliyi) Bəhruz 2015-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə cəlb edilib. 2016-cı ildə boccia idman növü ilə məşğul olmağa başlayıb, bu növ üzrə ölkə yığmasının heyətində yer alıb. Elə həmin ilin mayında paralimpiyaçılarla birlikdə Naxçıvana səfərə yollanıb – ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, ümummilli liderin adına olan Mərkəzdə və digər yerlərdə olub. Boccia İdman Federasiyasına 2018-ci ilin martından – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şəxsi dəstəyilə yaradılan çağdan qoşulub. Federasiyanın baş katibi, Milli komandanın baş məşqçisi İlham Məhərrəmov başda olmaqla Boccia ailəsi Bəhruza sağlam gələcəyinə dair böyük ümid verib. 3 dəfə ölkə birinciliyində iştirak edən bocciaçı ikiqat Azərbaycan çempionu tituluna yiyələnib. Belarusun paytaxtı Minskdə təlim-məşqlərdə iştirak edib. İspaniyanın Madrid şəhərində keçirilən açıq regional çempionatda 12 ölkə arasında Macarıstan, İspaniya və Fransa təmsilçilərini – 20 illik təcrübəyə malik oyunçuları məğlub edib. Azərbaycanda keçirilən Türkiyənin milli komandası ilə yoldaşlıq görüşündə (28 dekabr 2017-ci il ) 3-cü yerin sahibi olub. İtaliyanın Olbiya şəhərində 15 Avropa komandası arasında təşkil olunan yarışlarda, açıq regional turnirdə Bəhruz Mirzəyev qızıl, millimiz isə komanda yarışında bürünc medala layiq görülüb.

    Bəhruz deyir ki, bu oyuna qoşulandan sonra, gördüm ki, fiziki məhdudiyyət bildiyim kimi deyil. Elə bir adam var cisminə, vücuduna baxırsan sağlamdı, amma nə dövlətinə, nə valideyninə, heç kimə xeyir vermir. Şükür Allaha ki, mən az da olsa özümü göstərə bilirəm.
    Beynalxalq Boccia Federasiyasının baş hakimi Bəhruz Mirzəyevlə şəkil şəkdirərkən ona belə deyib: Hakimin səhvi üzündən qalib olduğun oyunu məğlub edilərək 3-cü setdən özündə güc tapıb oynamaq və qalib gəlmək əzmi hər idmançıda olmur. Sən artıq bir cox idmançı üçün qorxulu rəqibsən.
    Boccia idmanı üzrə Milli Komandanın 30 yaşlı üzvü B.Mirzəyev daha böyük nailiyyətlər uğrunda mübarizə aparır. Hazırda bu ilin dekabr ayında Dubayda keçiriləcək açıq Dünya çempionatına hazırlaşır. İtaliyada tarix yazan bocciaçı arzu edir ki, gələcəkdə də Azərbaycanımızın bayrağını yüksəklərə qaldırsın, zirvələrdə dalğalandırsın. Bəhruz “Tokio-2020”-yə lisenziya qazanacağına və ona olan ümidləri doğruldacağına əmindir.

    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az 
     
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:39 Masallıda ağacəkmə kampaniyası
    2. 18:12 Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
    3. 18:12 Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
    4. 17:06 Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyi qeyd olunub
    5. 16:51 "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" – Masallıda tədbir
    6. 14:26 Bakının Səbail, Xətai, habelə Gəncə, Qazax, Ağstafa şəhər və rayonlarının məktəbliləri Masallıda
    7. 22:26 Gədəbəy, Daşkəsən, Şəmkir və Samux məktəbliləri Masallıda
    8. 18:32 İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Prezidentin Sərəncamı
    9. 16:24 Prezidentin Sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib
    10. 16:18 Prezidentin Sərəncamı ilə Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib
    11. 15:35 Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib
    12. 15:29 Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub
    13. 15:16 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Masallıda vətəndaşları qəbul edib
    14. 22:13 Masallı məktəblilərinin Nizami yurdu ilə tanışlığı Heydər Əliyev Park Kompleksindən başlayıb
    15. 22:02 Masallıda Nadir Ağayevin xatirəsinə həsr olunmuş respublika turniri keçiriləcək
    16. 17:23 Masallı RİH başçısının Həsənli ərazisində görüş-qəbulu
    17. 16:15 Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
    18. 14:31 Masallı məktəbliləri ölkəmizin Qərb bölgəsinə yola düşüblər
    19. 21:40 Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri Peter Pelleqrini ilə təkbətək görüşü olub
    20. 17:02 Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib
    21. 21:36 Masallı taekvondoçuları Dağıstanda 2 qızıl, 1 bürünc medal qazanıblar
    22. 20:23 Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
    23. 20:09 Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    24. 21:53 “Skalper” Xəstələrə Yardım” İctimai Birliyi Masallıda tədbir keçirib
    25. 16:58 Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    26. 16:03 Masallıda Dövlət Bayrağı Günü və Konstitusiya Günü qeyd olundu
    27. 15:10 Masallı RİH başçısının Qarğalıq ərazisində səyyar görüş-qəbulu
    28. 22:54 Biləsuvar Regional Mədəniyyət İdarəsinin incəsənət nümayəndələri Masallıda
    29. 22:16 Birinci vitse-prezident Mehriban Əliyeva Şüvəlan qəsəbəsində “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib
    30. 15:48 Masallı Dövlət Regional Kollecində Bayraq Günü qeyd edilib
    31. 14:25 Prezident İlham Əliyev “Bravo” supermarketlər şəbəkəsinin yeni hipermarketinin açılışında iştirak edib
    32. 14:11 Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    33. 17:27 Masallının incəsənət ustaları Astarada
    34. 18:05 Prezident İlham Əliyev Ağdam rayonuna səfərə gəlib
    35. 18:01 Prezident İlham Əliyev Fələstinin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    36. 17:58 Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    37. 15:55 Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
    38. 14:06 Masallılı idmançı İtaliyada tarix yazdı
    39. 20:22 Masallının ləzzətli “Cənub” çörəyi Çaxırlı kəndindədir
    40. 19:35 “Halay” Türkiyədən qastrol səfərindən qayıdıb
    MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC!
    MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC!
       MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli Ətraflı oxu
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək Lənkəran şəhərində “Ekoloji Tarazlıq” Ətraflı oxu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Ətraflı oxu
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
     Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcəkAzərbaycan Turizm və Menecment Ətraflı oxu
    Bütün xəbərlər
    «    Noyabr 2018    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    DÜNYA XƏBƏRLƏRİ