• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Əslən Masallıdan olan futbolçu Rusiya yığmasına çağırılıb

    Əslən Masallıdan olan futbolçu Rusiya yığmasına çağırılıb

    • 11-09-2018, 16:59
    • İdman
    • 0
    • 130
     
    Əslən Masallıdan olan futbolçu Rusiya yığmasına çağırılıb
     
    Rusiya “Rostov”unun azərbaycanlı futbolçusu Ayaz Quliyev klubun rəsmi saytına müsahibə verib. Sizi həmin müsahibə ilə tanış edirik:

    - Moskvada doğulsanız da, kökləriniz Azərbaycanın cənubundandır...
    - Mənim köküm Azərbaycanın Lənkəran rayonu və Masallının Boradigah kəndindəndir. Atam 20 yaşında Moskvaya gəlib və burada anamla tanış olub. Həmin vaxtlar ölkəmizdə vəziyyət yaxşı deyildi. Atam da burada işləyib və burada məskunlaşıb.
    - Lənkərana getdinizmi?
    - Mən kiçik olanda. Sonradan atamın məzuniyyəti ilə bağlı ora gedə bilmədim. Yaxınlarımız bizi ziyarət etmək üçün buraya gəlir.
    - Orada futbolun vəziyyəti necədir?
    - “Xəzər Lənkəran” klubu var idi. Bir zamanlar yaxşı maliyyə ayırmışdılar. Futbol bu bölgədə sevilir. Yaxınlarım, məni tanıyan yerlilərim hər zaman dəstək olurdular.
    - “Spartak”a necə gəldiniz?
    - 5 yaşımda. Mən özümdən 1 yaş böyüklərlə oynamağa başladım.
    - Niyə "qırmızı-ağ”lar?
    - Göründüyü kimi bu klubun yetirmələri yüksək liqanın bütün klublarında var. Yəqin ki, atam bunu bilirdi. Ona görə də məni bura köklədi.
    - Futbolçu olmasaydınız...
    - Döyüş növlərindən hər hansı birini seçərdim. Peşəkar olmasam da, məşğul olardım. Futbolu seçdiyim üçün digər idman növlərinə vaxtım yox idi. Səhərlər məktəbə gedirdim, axşam məşqə gəlirdim. Mmənim böyük və kiçik qardaşlarım döyüş növləri ilə məşğul olurlar. Buna görə onlarla tez-tez danışırıq. Onlarla arada döyüşürük və tək xahişim odur ki, ayaqlarımı qırmasınlar.
    - 2015-ci ildə Gənclər Liqasında qrupdan çıxanda “ləzqinka rəqsi etdiyiniz doğrudur?
    - Bəli, əhval-ruhiyyə yüksək idi və etmişdim.
    - “Rostov” avrokuboklara vəsiqə qazansa, təkrarlaya bilərsiz?
    - Xeyr. Artıq bu bitib (gülür).
    - Bu yaxınlarda Akinfeyev deyib ki, məşhurluq onun üçün pis amildir. Bəs, sizin üçün?
    - Hesab edirəm ki, mən onun qədər məşhur deyiləm. Elə hallar olur ki, məni tanıyırlar. Amma onun qədər yox.
    - Azarkeşlər sizi UFC çempionu Həbib Nurmaqamedova oxşadırlar...
    - Bu barədə internetdə görmüşəm. Mənə tez-tez şəkillər göndərirlər.
    - Buna əsəbiləşirsiz?
    - Bu hər halda yaxşı şeydir. Həbib dəyərli insandır. Mənə xoşdur ki, onunla müqayisə edilirəm. Böyük keyfiyyətlərə malik yaxşı insandır.
    - Onun Makreqorla görüşü olacaq...
    - İstənilən döyüşünə baxıram. Ona qələbə arzulayıram. Heç bir qorxu yoxdur. Həbib yenilməz döyüşçüdür və əminəm ki, elə də qalacaq.
    - Zövqlər haqqında danışaq. Hansı musiqiyə üstünlük verirsiz...
    - Bu barədə nəsə demək çətindir. Çeçenistan və Türkiyə mahnılarını dinləməyi sevirəm. Məsələn, Makki Majievoyu dinləyirəm.
    - Yeməklər?
    - Hər dadlı yeməyi yeyirəm. Ətlə olanları da.
    - Qafqazın hansı yeməklərini xoşlayırsız?
    - Çeçenistan və Dağıstan mətbəxi əladır. Xingəl yeyirəm. Şirniyyatlardan isə ancaq Türkiyə və Azərbaycan. Şəkərbura, paxlava göndərirlər. Çox sevirəm.
    - Gəzməyi səvirsiz? BƏƏ-də fotolarını gördük...
    - Dubay və Əbu-Dabidə idim. Səudiyyə Ərəbistanına Həcc ziyarətinə getmək istəyirəm. Çünki bu müsəlmanlar üçün vacib əməldir. Toyumdan dərhal sonra həyat yoldaşımla ora gedəcəm.
    - Kənardan utancaq görünürsüz. Evdə də beləsiz?
    - Çox utancaq olduğum deyilməz. Açıq olmağa çalışıram.
    - Evlənmək haqqında düşünürsüz?
    - Düzü, bu barədə sonra danışardım. Amma hər dəfə soruşurlar. Qışda evlənmək istəyirəm. Bu barədə bir qədər sonra ətraflı danışacam. Evlənməyi çox istəyirəm.
    - Gəlini qaçıracaqsız?
    - Bu din baxımından qadağandır. Toya qədər gəlinə toxunmaq olmaz. Hər şeyi İslam qanunları ilə etməyə çalışacam.
    - Həyat yoldaşınızı Rostova gətirməyi planlaşdırırsız?
    - Əlbəttə. Həyat yoldaşımı özümdən uzaqda saxlaya bilərəmmi?
     
    Məlumat üçün bildirək ki, "Rostov" klubunun əslən azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına çağırılıb.
    Qeyd edək ki, Ayaz Quliyevin Azərbaycan milli komandasına dəvət alacağı bildirilir. Gənc futbolçunun UEFA Millətlər Liqası qarşılaşmalarına çağırılacağı barədə söz-söhbət yayılıb. Qaydalara əsasən, hər hansı futbolçu yalnız bir ölkənin əsas millisində oynaya bilər. Quliyev Rusiyanın yalnız aşağı yaş qruplarından ibarət komandalarında çıxış etdiyindən, Azərbaycan millisinə çağırılması gələcəkdə də mümkündür. шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:29 Masallıda rəsm müsabiqəsi keçirilib
    2. 12:49 Prezident İlham Əliyev üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub - YENİLƏNƏCƏK
    3. 12:33 Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    4. 12:31 Prezident İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    5. 22:23 Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
    6. 18:40 Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
    7. 14:06 Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
    8. 21:22 İlk “KOB Dostu” Masallı sahibkarlarının xidmətində
    9. 21:09 Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
    10. 18:13 Prezident İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib
    11. 17:07 Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
    12. 17:04 Masallıda “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib
    13. 13:06 Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
    14. 13:03 Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak edib
    15. 17:01 Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    16. 16:59 Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
    17. 11:41 Masallıda könüllü qanvermə aksiyası keçirilir
    18. 21:21 Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
    19. 20:12 S.İ.Sadıqovun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    20. 20:04 Prezident İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    21. 16:53 Masallı RİH başçısının Türkoba ərazisində səyyar görüş-qəbulu
    22. 14:00 Aşura günü Masallı şəhər Cümə məscidində könüllü qanvermə aksiyası keçiriləcək
    23. 18:34 Masallı şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    24. 18:31 Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    25. 17:08 Prezident İham Əliyev Masallı Sənaye Məhəlləsində “Azərxalça” ASC-nın Təlim-Tədris Mərkəzi ilə tanış olub
    26. 14:59 Prezident İlham Əliyev Biləsuvar rayonunda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun, Bayraq Muzeyinin, Biləsuvar Gənclər Evinin açılışında iştirak edib
    27. 14:14 Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
    28. 13:55 Prezident İlham Əliyev Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib
    29. 13:50 Prezident İlham Əliyev “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinin açılışında iştirak edib
    30. 13:43 Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib
    31. 13:37 Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib
    32. 14:57 Masallıda cüdo üzrə rayon birinciliyi keçirilib
    33. 13:12 Prezident İlham Əliyev Çinin Sinxua xəbər agentliyinin baş redaktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    34. 20:51 Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin gənc əsgərlərinin andiçmə mərasimində iştirak edib
    35. 22:12 Azərbaycan və Türkiyə prezidentləri parad iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər
    36. 21:51 Azərbaycan və Türkiyə prezidentləri birgə işçi nahar ediblər
    37. 14:47 Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirak edirlər
    38. 14:09 Masallı Dövlət Regional Kollecində "Bilik günü" keçirildi
    39. 13:54 Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
    40. 13:51 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək Lənkəran şəhərində “Ekoloji Tarazlıq” Ətraflı oxu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Ətraflı oxu
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
     Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcəkAzərbaycan Turizm və Menecment Ətraflı oxu
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Bütün xəbərlər
    «    Sentyabr 2018    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ