Главная > İdman > Açıq birincilikdə Masallı taekvondoçuları 3 bürünc medal qazanıblar

Açıq birincilikdə Masallı taekvondoçuları 3 bürünc medal qazanıblar


3-10-2018, 12:59. Разместил: admin44

Açıq birincilikdə Masallı taekvondoçuları 3 bürünc medal qazanıblar
 
“Qafqaz” taekvondo klubunun təşkilatçılığı, Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə yeniyetmələr arasında Açıq Birinciliyə yekun vurulub.
Turnir Azərbaycan Boks Federasiyasının idman zalında “DAEDO international” taekvondo sistemi ilə keçirilib. Yarışın keçirilməsində məqsəd perspektivli idmançıları aşkarlamaq, eləcə də bu ilin sonunda İspaniyada keçiriləcək taekvondo üzrə yeniyetmələr arasında Avropa çempionatı öncəsi milli komandanın tərkibinin müəyyən edilməsidir.
 
29-30 sentyabr tarixlərində baş tutan yarışlara 2004-2006-cı il təvəllüdlü yeniyetmələr (oğlan və qız) idmançılar qatılıb.
Masallı Rayon Gənclər-İdman İdarəsi UGİM-nin məşqçi-müəllimi Sadiq Ağayevin verdiyi məlumata görə rayon komandası birincilikdə 6 taekvondoçu ilə təmsil olunub. Heç də respublika çempionatından fərqlənməyən açıq birincilikdə Masallı idmançılarından Əli Həsənov (33 kq), Rahid Vəliyev (37 kq) və Yusif Müzəffərov (41 kq) bürünc medallara sahibləniblər.
Mükafatçılar təşkilat komitəsinin təsis etdiyi müvafiq diplom və medallarla təltif olunub.

 A K İ F,
“Yeni həyat”,
www.yeniheyet.az 

шаблоны для dle 11.2
Вернуться назад