Главная > İdman > Masallı taekvondoçusu qitə birinciliyinin gümüş medalını qazandı

Masallı taekvondoçusu qitə birinciliyinin gümüş medalını qazandı


29-11-2018, 22:34. Разместил: yeni321

Masallı taekvondoçusu qitə birinciliyinin gümüş medalını qazandı 

Azərbaycanın yığma komandası İspaniyanın Marina Dor şəhərində keçirilən qitə birinciliyində 11 yeniyetmə taekvondoçu ilə mübarizə aparır.
İlk yarış günündə millimiz bir medal qazanıb. Azərbaycan Taekvondo Federasiyasının rəsmi məlumatına əsasən bu gün, yarışlara start verilən gün komandamızın üzvü, Masallı RGİİ UGİM-nin yetirməsi Rahid Vəliyev (37 kq) məşqçilərinin ümidini doğruldub. O, dayanq üzərində bütün görüşlərdən qələbə ilə ayrılıb. Belə ki, Rahid ilkin mərhələdə fransalı (21:19), türkiyəli (13:10) və rusiyalı (26:04) rəqiblərinə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Yarımfinalda digər rusiyalı idmançı ilə qarşılaşan taekvondoçumuz rəqibinə qalib gələrək (7-6) finala yüksəlib.
Həlledici döyüşdə danimarkalı həmkarına 32:35 uduzan Rahid Vəliyev ikinci yerlə kifayətlənərək birinciliyin gümüş medalına sahiblənib.

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az 

шаблоны для dle 11.2
Вернуться назад