Главная > İdman > Masallılı idman mütəxəssisinə fəxri ad verildi
Masallılı idman mütəxəssisinə fəxri ad verildi13-12-2018, 21:36. Разместил: yeni321 |
Masallılı idman mütəxəssisinə fəxri ad verildi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən ölkədə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Məmmədov Yaqub Əkbər oğluna “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. Bu gün – dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Yaqub Məmmədova “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının döş nişanını və vəsiqəsini təqdim edib. “Şöhrət” ordenli, Azərbaycan Güləş Federasiyasının İdman şöbəsinin müdiri, respublikanın Əməkdar məşqçisi Yaqub Məmmədovu yeni fəxri ad alması münasibətilə təbrik edirik! “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |