Главная > İdman > Bəhruz Mirzəyev ilin ən yaxşı idmançısı adına layiq görüldü

Bəhruz Mirzəyev ilin ən yaxşı idmançısı adına layiq görüldü


27-12-2018, 19:20. Разместил: yeni321
Bəhruz Mirzəyev ilin ən yaxşı idmançısı adına layiq görüldü
 
Azərbaycan Milli Paralimpiya Komitəsi 2018-ci ilin ən yaxşı 10 idmançısını müəyyən edib.
Bayram Mustafayev, İlham Zəkiyev, Şəhanə Hacıyeva para cüdo, Aynur Məmmədova para taekvando, Oloxan Musayev, Samir Nəbiyev para atletika, Pərvin Məmmədov, Elşən Hüseynov pauerliftinq, Raman Salei üzgüçülük, Bəhruz Mirzəyev boccia idman növü üzrə ilin ən yaxşı paralimpiyaçısı adına layiq görülüb.
Məlumat üçün bildirək ki, boccia üzrə İtaliyada keçirilən beynəlxalq səviyyəli açıq regional turnirdə (21-28 oktyabr 2018-ci il) BC 4 kateqoriyasında ölkəmizə qızıl medal qazandırmış Bəhruz Şakir oglu Mirzəyev 8 aprel 1988-ci ildə Masallı rayonunun Viləş (Kalinovka) kəndində anadan olub. Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbini bitirib. Boccia İdman Federasiyasına 2018-ci ilin martından – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şəxsi dəstəyilə yaradılan çağdan qoşulub. 3 dəfə ölkə birinciliyində iştirak edən bocciaçı ikiqat Azərbaycan çempionu tituluna yiyələnib. Belarusun paytaxtı Minskdə təlim-məşqlərdə iştirak edib. İspaniyanın Madrid şəhərində keçirilən açıq regional çempionatda 12 ölkə arasında Macarıstan, İspaniya və Fransa təmsilçilərini – 20 illik təcrübəyə malik oyunçuları məğlub edib. Azərbaycanda keçirilən Türkiyənin milli komandası ilə yoldaşlıq görüşündə (28 dekabr 2017-ci il ) 3-cü yerin sahibi olub. Bu yaxınlarda İtaliyanın Olbiya şəhərində 15 Avropa komandası arasında təşkil olunan yarışlarda, açıq regional turnirdə Bəhruz Mirzəyev qızıl, millimiz isə komanda yarışında bürünc medala layiq görülüb.
Bu günlərdə Tel-Əviv şəhərində keçirilən İsrail açıq çempionatında (18-23 dekabr) da Bəhruz Mirzəyev qızıl medala sahiblənib.
İdmançılarımızı təbrik edir, onlara bundan sonra da beynəlxalq yarışlarda yeni uğurlar arzulayırıq!

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад