Главная > İdman > Masallılı futbolçu və məşqçilər ilin ən yaxşıları sırasında

Masallılı futbolçu və məşqçilər ilin ən yaxşıları sırasında


30-12-2018, 21:51. Разместил: yeni321
 


Masallılı futbolçu və məşqçilər ilin ən yaxşıları sırasında

 

Cənub Regional Futbol Federasiyası 2018-ci ilin ən yaxşılarını elan edib.

Regionu təmsil edən rayonlarda klub, idarə-müəssisə, təşkilatlar və fərdi şəxslərin fəaliyyətlərini nəzərə almaqla, ilin ən yaxşı idmançıları müəyyənləşdirilib. Ümumilikdə, 9 nominasiyada ən yaxşılar seçilib.

Sevindiricidir ki, qaliblər arasında Masallı rayonunun idmançıları da yer alıb.
 
Region liqasında mübarizə paran “Alyans” (Cənub Regional Futbol Federasiyasıilin futbol komandası adına sahiblənib.

İlin ən gənc (bombardirləri) futbolçuları nominasiyası üzrə AFFA-nın cənub regionunun müxtəlif yaş qurupları üzrə Lənkəran və Cəlilabad şəhərində keçirilən yarışların nəticələrinə əsasən U-11 liqası üzrə Kərim Tagıyev (21 qol“Ərkivan” Masallı), U-12 liqası üzrə isə Rza Bəşirov (11 qolMasallı) və Elcan Sultanlı (11 qolUGİŞM- Masallı) qalib adını qazanıblar.

İlin ən yaxşı futbol məşqçisi Ümüd Hüseynov (“Boradigah” Masallı), ən fəal rayon federasiya nümayəndəsi adına isə Rövşən Süleymanov (Masallı) layiq görülüb.

Qalib həmyerlilərimizi təbrik edir, onlara yeni uğurlar arzulayırıq!

 

A K İ F,

“Yeni həyat”,
 
www.yeniheyet.az 

 

шаблоны для dle 11.2
Вернуться назад