Главная > İdman > Masallıda sərbəst güləş üzrə rayon birinciliyi keçirilib

Masallıda sərbəst güləş üzrə rayon birinciliyi keçirilib


17-01-2019, 17:02. Разместил: yeni321

Masallıda sərbəst güləş üzrə rayon birinciliyi keçirilib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə  2005-2007-ci il təvəllüdlü yeniyetmələr arasında rayon birinciliyi keçirilib.
Birinciliyin açılış mərsimindən öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediib.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev 20 Yanvar hadisələrinin mahiyyətindən, ölkə rəhbəri, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyilə respublikada bütün sahələrdə, eləcədə idman sahəsində aparılan uğurlu islahatlardan danışıb.
İki gün (16-17 yanvar) davam edən yarışlarda 100-ə yaxın idmançı 10 çəki dərəcəsində mübarizə aparıb.
Qaliblər təşkilat komitəsi tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
 
“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад